Alim Tahir oğlu Məmmədov () — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən).

Həyat və yaradıcılığı Alim Məmmədov teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı kimi tanınıb.

Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofokl), Pivonka ("Qəribə dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov), Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin", Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demoklesin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral", Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odlu atına, Prometey!", Mustay Kərim), Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov ("Qoca", Maksim Qorki).

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 dekabr 1981C. Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 mart 1992 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2026

Filmoqrafiya Bir cənub şəhərində (film, 1969) — Sabir Şeytan göz qabağında (film, 1987) — Məmmədov Qəzəlxan (film, 1991) — Mirzənin qonağı O dünyadan salam (film, 1991) — Heydər ağa Qara "Volqa" (film, 1994) — Bürcəli Uluxanlı məktəbi (film, 2007) — aparıcı

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri