Basta (, tam adı: Vasili Mixayloviç Vakulenko; ) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır.

"Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır.

Bioqrafiya Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır. O, 15 yaşından etibarən rep yazmış və oxumuşdur. 12 iyun 2009-cu ildə Yelena Pinski ilə evlənmişdir. 4 dekabr 2009-cu ildə onların Maşa adlı qızları doğulmuşdur. 21 yanvar 2013-cü ildə isə Vasilisa adlı ikinci qızları dünyaya gəlmişdir.Баста стал дважды отцом. ProRap.ru

16–17 yaşlarında müxtəlif janrlarda musiqiləri dinləyən Basta özü də müxtəlif replər yazmış, 17 yaşında "Qorod" () adlı ilk mahnısını yazdırmışdır. Bu mahnıdan sonra o, peşəkar karyerasına başlamışdır. "Moya iqra" mahnısının yazılmasından sonra Basta, heç kimə lazım olmadığı düşüncəsinin təsiri ilə narkotik maddələr qəbul etməyə başlayır. Lakin, bir müddət sonra, narkotikadan istifadəni dayandıraraq, bir daha narkotik maddələr qəbul etməyəcəyinə söz verir.

Basta Xryu 1997-ci ildən Basta "Psixolirik" () qrupunda (bu qrup "Kasta" qrupunun ilk tərkibi idi) çıxış etməyə başlayır. 17 yaşı olarkən o, bu qrupda Basta Xryu adıyla tanınmağa başlayır və "Psixolirik" qrupunun "Perviy udar" () albomuna daxil olan "Qorod" mahnısını yazır.

Məhz Basta Xryu "Psixolirik" qrupunun adının "Kasta" olaraq dəyişdirilməsini təklif edir. Qrupun rəhbəri olan onun dostu və qrupun rəhbəri Vladi bu təklifi isti qarşılayır. Qrup "Perviy udar" mahnısını yenidən yazır və mahnını özlərinin vizit kartı kimi istifadə edir. 1998-ci ildə Basta Xryu solo fəaliyyətinin əsasını qoyan "Moya iqra" () mahnısını yazır.

Basta right|thumb|250px|Basta 21 iyul 2010-cu ildə Gufla birlikdə Yaşıl teatrdakı konsertdə. Drijorluq ixtisası üzrə musiqi təhsili aldığı müddətdə Basta fəaliyyətini dayandırmır. Həmin ərəfədə, 1996-cı ildə o, "Moy qorod" () adlı ilk mahnısını yazır və "Street sound" adlı ilk qrupunu yaradır. Basta həmin qrupun da tərkibində Basta Xryu adıyla iştirak edir. "Ətrafda olan hər şeyi dağıtdığıma görə, məni balaca vaxtımdan xryuşa (donuzcuq) adlandırırdılar" deyə Basta izah edir.

Həmin dövrdə, sonrakı on ildə rus repinə liderlik edən məşhur Rostov rep hərəkatı formalaşır. Basta bilavasitə bu prosesdə iştirak edir. Həmçinin "Perviy udar" mahnısı ilə aparıcı gənc reperlərin bir yerə toplandığı "Kasta" qrupunun formalaşdırılmasında iştirak edir.

Daha sonra, Basta daha fərqli – lirik istiqamətdə yaradıcılığını davam etdirir. "Moya iqra" mahnısı onun yaradıcılığının mühüm mərhələlərindən birini təşkil edir. Bu mahnıdan sonra Vasya Vakulenko bütün Rostovda məşhurlaşır. "Ulduz xəstəliyi? Yox, yaranmadı. Narkotika, yaşlı dostlar və real xuliqanlar yarandı" – deyə Basta xatırlayır. "Dəqiq deyə bilərəm ki, bu mahnı dəfələrlə məni xilas edib. Elə olub ki, istəyiblər öldürsünlər, amma öyrənəndə ki, bu mahnını oxuyan mənəm, rahat buraxıblar."

Lakin, bütün bu mürəkkəb bə ağır həyat, tezliklə geridə qalır və Bastanın albomlarına daxil olan mahnıların mövzularına çevrilir. "2002-ci ildə dostum Jora anasından pul aldı və biz kompüter aldıq." Vadik QП gələcək albomun sınaq versiyası üzərində çalışmağa başladı. Təsadüfən həmin mahnılar Boqdan Titomirin əlinə keçir və o, gənclərə Moskvaya gəlməyi təklif edir. Həmin vaxt 2004-cü il idi, iki il sonra isə, "Basta 1" albomu təqdim edilir, telekanallarda isə "Osen" () klipinin yayımına başlanılır. "Qazqolder" () Bastanın Moskva həyatının ayrılmaz hissəsidir. Həmin dövrdə yenicə açılmış klub, Moskvanın ən qapalı məkanlarından biri kimi tanınırdı. Lakin, Basta yerli rep-yələncələrindən məsafəli qalmağa çalışırdı. Moskvada onun ilk yeni tanışı – sonradan təqdimatçısı olan Smoki Mo olmuşdur, daha sonra isə Basta Gufla tanış oldu. "Bir dəfə mən Gufun konsertinə getmişdim, o isə "Moya iqra" mahnısını ifa etdi. Biz qərara gəldik ki, sonradan mahnının "Basta 2" albomuna daxil edilmiş kover versiyasını ifa edək" – deyə Basta qeyd edir. Lakin əsas hadisə bundan sonra, Bastanın "Centr" qrupunun "Qorod doroq" () klipində çəkilməsindən sonra baş verdi. Bu klipdən sonra Bastanın məşhurluğu doğma Rostov və Moskvanın sərhədlərindən çox-çox uzağa yayıldı. left|thumb|250px|Basta 21 iyul 2010-cu ildə Gufla birlikdə Yaşıl teatrdakı konsertdə. Basta nominasiyalar, mükafatlar və statuslar yağımuruna tuş gəldi. 2007-ci ildə satışa çıxarılmış "Basta 2" albomu satış üzrə hitlərdən birinə çevrildi. Bu albomda Bastanın mahnıları daha yetkin və müxtəlif səslənirdi. Noqqano ləqəbi ilə iki çıxışdan sonra Basta, üçüncü albomunu ölkənin aparıcı reperlərindən biri kimi təqdim etdi. Yeni albom daha böyük auditoriya üçün hesablanmışdı və alboma daxil olan "Urban" (), "Rostov" (), "Solnça ne vidno" () və "Kaliforniya" () kimi mahnılar Moskvanın ən böyük meydanlarında dəfələrlə səsləndirildi.

2012-ci ilin oktyabrında Basta Mixeyin bir neçə mahnısının kover versiyasını ifa etdi və "Mama" mahnısına klip çəkdirdi.записал кавер-версию песни Михея "Мама" Həmçinin, Basta, Mixeyin ölümünün 10 illik xatirəsinə həsr edilmiş və noyabr ayının 1-də "Arena Moscow" meydançasında baş tutmuş xüsusi konsertlə çıxış etdi.

2012-ci ilin sonunda Basta QİÇS-ə yoluxmuş insanların diskriminasiyasına diqqət çəkmək məqsədi ilə təşkil edilmiş video kompaniyaya qoşulmuşdu.. 20 aprel 2013-cü ildə Basta müğənni Tati, repçilər Smoki Mo və Rem Diqqa, Ukraynanın "Nervı" və "Green Grey" qrupları və "Adeli" xorunun iştirakı ilə yazılmış dördüncü albomunu təqdim etdi.

18 iyul 2013-cü ildə "Qazqolder" leyblinin bütün ifaçılarının iştirakı ilə Qorko parkında "Yaşıl teatrda" "Basta +" adlı konsert keçirildi. Konsert ərəfəsində Bastanın eyni adlı yığma albomu nəşr edildi. Alboma Bastanın müxtəlif vaxtlarda dost ifaçılarla oxuduğu mahnılar, həmçinin "Qazqolder" ifaçılarının müxtəlif bəndləri və ya nəqarəti Basta tərəfindən ifa olunmuş mahnıları, bundan əlavə Bastanın əvvəllər heç yerdə çıxarılmamış mahnıları da təqdim olunmuşdur.

20 iyul 2013-cü ildə "Birinci kanal"da "Vladimir Mayakovski. Üçüncü artıqdır" adlı sənədli filmin təqdimatı baş tutdu və bu filmdə Basta şairin bir neçə şeirini səsləndirməklə iştirak etmişdi. 5 sentyabr 2013-cü ildə "Kultura" telekanalı Erik Bulatovun 80 illik yubileyinə həsr edilmiş "Florensiyada bahar" adlı sənədli filmi təqdim etdi və bu filmin musiqilərini də Basta yazmışdı.К юбилею Эрика Булатова. Газгольдер. Новости..

2013-cü ilin noyabrında Bastanın Instagram hesabında repçi Smoki Mo ilə birgə studiya çalışmasını əks etdirən foto və birlikdə yeni albom üzərində çalışmalarını əks etdirən qeyd paylaşıldı.

2013-cü ilinsonunda "Time Out" jurnalında nəşr edilmiş ilin 15 rus ifaçısı siyahısına Bastanın da adı daxil edilmişdir.15 российских артистов года. Андрей Никитин. TimeOut. Москва. iTunes-un Rusiya bölməsinin nəticələrinə görə "Basta 4" albomu ilin ən çox satılan alnbomları sırasında üçüncü yeri tutdu və ayrılıqda ilin ən uğurlu hip-hop albomu oldu."Баста 4" — в тройке лидеров российского iTunes 2013 Rap.ru.

2014-cü ilin əvvəlində Vasili Noqqanonun üçüncü albomu üzərində işlərin başladığını elan etdi."Взялся за альбом Ноггано". Bastanın Tvitteri.

Noqqano "Noqqano – xuliqan layihəsidir. O, arvadbaz, burdar və əclafdır. Asosial və amoral bir tipdir" – Vasili Vakulenko öz qəhrəmanına məhz bu cür xarakteristika verir.

Noqqano personajı 2007-ci ildə meydana gəldi. Həmin vaxt Vasya artıq Basta ləqəbi ilə çıxış edir, lirik və romantik treklər səsləndirirdi. "Bastanın ikinci albomu təqdim edildikdən sonra, mən Noqqano üçün yazmağa başladım" – deyə Basta ikinci alter-eqosunun yaranmasını xatırlayır. "Hazırladığım bir çox materialın təqdim edilməsi böyük cəsarət tələb edirdi" deyə Vasili qeyd edir.

"Noqqano birinci" və "Noqqano isti" albomlarının çıxarılmasına kimi Noqqanonun mahnıları internetdə pulsuz yayımlanmışdı. Moskvada üç mövsüm ard-arda "Pati u Noqqano" adlı mədəni şou keçirilmişdi.noggano.open.ua/ Проект "Пати у НоГГано"

N1NT3ND0 "N1NT3ND0" () – musiqiçinin 2008-ci ildə təqdim etdiyi yeni minimalistik layihəsidir ki, bu layihənin janrını Vasili özü "kiber-qanq" olaraq qeyd edir.Баста о Высоцком, гангста-рэпе и призвании. // "Южноуральская панорама". Евгений Ткачев. — 22.12.2011 "N1NT3ND0"nun treklərinin xüsusi tematikası, spesifik musiqisi və ifa manerası var."Может быть, в пределах Садового кольца что-то изменилось, а на территории всей нашей страны ничего не изменилось". // Журнал "Афиша". Алексей Алеев. — 27.10.2011 Onun treklərini müşayiət edən musiqi breyk-bit, texno, elektron sempl və özünəməxsus cənub hip-hopunun (trep) sintezindən yaranıb. Layihənin adının yaradılması yapon dilində "Nin-Ten-Do" ifadəsinə bağlıdır ki, bu da tərcümədə "Biz işimizi keyfiyyətli görürük və nəticə gözləyirik" mənasını verir. "N1NT3ND0"nun konserti üçün Vasili "dörd divarı əhatə edən işıq proyeksiyalarından qurulmuş kiber oyun" yaradılmasını istəyir.Нинтендо — не для рэперов

3 oktyabr 2011-ci ildə eksklüziv olaraq ThankYou.ru resursunda Vasilinin "N1nt3nd0" layihəsinin eyni adlı ilk albomu təqdim edilmişdir.

"Bratia Stereo" 2011-ci ildən Vasili "Bratia stereo" adlı yeni elektron layihə üzərində işləməyə başlamışdır. Bu layihədə Vasili ilə yanaşı Kupe, həmçinin haus, dabstep, minimal, texno, hip-hop, rok və bir çox müxtəlif musiqi janrlarını təmsil edən musiqiçilər iştirak edirlər.

21 oktyabr 2013-cü ildə iTunesda "Bratia Stereo"nun "Supa Life" adlı ilk rəsmi trekinin təqdimatı olmuşdu. 29 dekabrda Qazqolder leyblınən rəsmi saytında layihənin debüt albomu pulsuz yerləşdirilir.Вышел альбом проекта Басты Bratia Stereo. Rap.ru. Konsert-təqdimat fevralda, "N1NT3ND0"nun ilk çıxışı ilə eyni vaxtda baş tutacaq.ПРЕМЬЕРА: Bratia Stereo — Supa Life. Газгольдер. Новости.

Diskoqrafiya Studiya albomları

Basta 2006 — "Basta 1" 2007 — "Basta 2" 2010 — "Basta 3" 2010 — "Basta/Guf" (Gufla birlikdə) 2013 — "Basta 4" 2014 — "Basta/Smoki Mo" (Smoki Mo ilə birlikdə) 2015 — "Basta 5"

Noqqano 2008 — "Birinci" 2009 — "İsti" 2014 — "Noqqano 3" (gözlənilir)

N1NT3ND0 2011 — N1NT3ND0

Bratia Stereo 2013 — Bratia Stereo

Qazqolder 2011 — "QaZ"qolder

Ümumiləşdirmələr 1997 — "Perviy udar" (Psixolirik qrupunun tərkibində) 2000 — "V polnom deystvii" (Psixolirik qrupunun tərkibində) 2005 — "Basta: Naçalnoe tvorçestva. Çast 1]]" 2005 — "Basta: Naçalnoe tvorçestva. Çast 2" 2008 — "K tebe" 2009 — "Noqqano: Neizdanno" 2010 — "Noqqano: Sovmestki" 2013 — "Basta +"

Konsert albomları 2013 — "Basta (Crocus City Hall 2012) [Live]" 2014 — "iTunes Session"

Sinqllar 2012 — "Moya vselennaya" ft. Tati 2013 — "ÇK" (Çistiy kayf) 2013 — "Intro" (Basta 4) 2014 — "Supergeroy" (OST Yeni hörümçək-adam 2)

İştirak 2007 — Kaçeli (Centr qrupunun albomu) 2007 — I Am The Russian Dream vol.1 (Phlatline miksteyp/promo-ümumiləşdirmə) 2008 — Sto iz sta (reper ST-nin albomu) 2008 — Mars (Marselle qrupunun albomu) 2008 — Efir v norme (Centr qrupunun albomu) 2009 — Vesi (reper Strijin albomu) 2009 — Arxangel (Vitkanın albomu) 2009 — Ni o çyom (reper Ptaxanın albomu) 2009 — Doma (Gufun albomu) 2009 — Moy maqnitofon (КРП aka Kupe albomu) 2010 — Moy ray (Maksimin albomu) 2010 — Vıxod iz temnotı] (Smoki Monun albomu) 2010 — Oskolki (Krec qrupunun albomu) 2010 — Marşrutı (Dİ’ASPORA qrupunun albomu) 2010 — İmena (RusKey albomu) 2010 — Na şaq blije (Muzı Skata albomu) 2010 — "MeqaPolice" ("АК-47" qrupunun albomu) 2010 — X3 ("Kasta" qrupunun albomu) 2010 — Zdes i seyças (Deçlin albomu) 2011 — "proDUCKtion kasseta" (DJ Nik-One albomu) 2011 — Koleso — oba zreniya ("Pesoçnie lyudi" qrupunun albomu)