Dirk Kuyt () – Hollandiya milli futbolçusu, hal-hazırda Fənərbaxça komandasının heyətində çıxış edir.
Hücum xətti ilə yanaşı həmçinin yarım-müdafiədə də oynaya bilir.
Kuyt karyerasına Hollandiyanın Ultrext komandasında başladı. 5 il bu komanda çıxış etdi və 2002–2003 mövsümündə Hollandiya Kubokunu və Hollandiya Qızıl Butsu Mükafatını qazandı. 2003-cü ildə 1.000.000 € qarşılığında Feyenorda transfer oldu və 3 il müddətində komandasında ən çox qol vuran oyunçu oldu. 2004–2005 Eredivisie-de ( Hollandiya Lİqası) qol kralı oldu və növbəti mövsüm Hollandiyada İlin Futbolçusu seçildi. Feyenordda göstərdiyi uğurlu çıxışdan sonra 2006-cı ildə 10 milyon £ qarşılığında İngiltərə Premyer Liqası komandalarından olan Liverpul FK-ya transfer oldu. Liverpul FK-dakı ilk sezonda UEFA Çempionlar Liqası finalı oynadı və finalda 1 qol atdı. Kuyt Liverpul FK-dakı ilk həttrikini Mart 2011-də Mançester Yunayted FKə qarşı etmişdir. 3 iyul 2012-ci il tarixində 1.000.000 € qarşılığında Fənərbaxça komandasına 3 illik müddətinə transfer oldu.
Həyatı Kuyt 22 İyul 1981-ci il Katwijk aan Zee-də bir balıqçı ailəsində anadan olub. Futbola 5 yaşında Qvik Boys-da başlamışıdır və 1998ci ildə Ulterxtdə transfer olmuşdur. Hal-hazırda evlidir və 4 uşağı vardır.
Liverpul 18 avqust 2006cı ildə Kuyt 10 milyon £ qarşılığında Liverpul FK-ya transfer oldu. Liverpulda ilk müsahibəsində bildirirdi ki : Mən həqiqətən böyük klubda oynamaq üçün Feyenorddan ayrıldım. İnanıram ki burada oynamaq mənim üçün çox yaxşı olacaq. Kuyt Liverpuldakı ilk oyununu 26 avqust 2006-cı ildə Vest Ham Yunaytedə qarşı oynadı. Liverpuldakı ilk qolunu 20 sentyabr 2006-cı il Nyukastla qarşı atmışdır. UEFA Çempionlar Liqasıdakı ilk qolunu isə finalda Milana qarşı atmışdır. Ancaq Milan Liverpulu 2-1 məğlub edib 2006–2007 UEFA Çempionlar Liqası çempionu olmuşdu. Liverpuldakı 6 mövsümdə Kuyt 208 oyunda 51 qolla və 40 məhsuldar ötürmə ilə yadda qalmışdır.
Fənərbaxça 3 iyun 2012-ci ildə Kuyt Fənərbaxça ilə 3 illik müqavilə imzaladı. İlk oyununa 20 iyul MTK Budapeşt ilə oynanılan dostluq maçtında çıxdı. Fənərbaxçalı azərkeşlər Kuyt-ın göstərdiyi əzmkarlığa görə onu Savaşçı adlandırırdılar. İlk qolunu (2) Fənərbaxça 4-1 Vaslui oyununda atmış və Fənərbaxçanın növbəti mərhələyə keçməsində böyük rol oynamışdır. Super Liqdə isə ilk qolunu Elazığspora atmışdır. Aleksandro de Souzanın komandanı tərk etməsinin ardından 3-cü kapitanlığa gətirilmişdir. Kuyt 2012–2013 mövsümündə Fənərbaxçada 56 oyunda 17 qol 15 məhsuldar ötürmə ilə yadda qalmışdır. 2013–2014 mövsümündə Fənərbaxça ilə karyerasın ilk Liqa kubokunu qazanmışdır. thumbnail|left|Dirk Kuyt, playing for Fenerbahçe
Uğurları
KNVB kuboku (2) : 2003,2016 Hollandiya Eredevize(1):2017
İngiltərə liqası kuboku (1) : 2011–2012 FA kuboku (1) : 2006
Türkiyə kuboku (1): 2012–2013 Türkiyə Super liqası (1) : 2013–2014 Türkiye Super kuboku(1):2014
Şəxsi Hollandiya Qızıl Butsu (1) : 2003 Eredivisie qol kralı (1) : 2005 Hollandiya İlin Futbolçusu (1) : 2006 Liverpul FK-da ayın futbolçusu (1) : Aprel 2011
Statistikaları + Peşəkar Klup performansıKlub performansıLiqaKubokLiq KubokuAvropaBaşqaCəmiMövsümKlubLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolHollandiyaLiqaKNVB Kuboku–UEFA AvropaBaşqaCəmi1998–99UltrextEredivisie28521–00–3061999–200032644–00–36102000–01321353–00–37162001–0234733–41–41112002–03342042–21–40232003–04Feyenord342021–41–40222004–05342934–73–44362005–06332210–21223825İngiltərəLiqaFA KubokuLiqa KubokuUEFA AvropaBaşqaCəmiİngiltərə 2006–2007Liverpulİngiltərə Premyer Liqası34121120111–4814İngiltərə 2007–200832341001274811İngiltərə 2008–2009381220001135115İngiltərə 2009–201037920101325311İngiltərə 2010–201133131000724115İngiltərə 2011–20123426152–455TürkiyəLiqaTürkiyə Kuboku–UEFA AvropaBaşqaCəmiSuper Liqa 2012–2013FenerbahçeSuper Liqa31871–177115617Super Liqa 2013–2014291000–40103410CəmiHollandiya2611222418–19722306149İngiltərə20851163825415–28671Türkiyə601871–217218927 Kariyer: cəm529191472282942943681247 ''* Başqa – Play-Off Oyunları
{| class="wikitable" style="text-align: center;"
Milli komanda karyerası + Hollandiya Milli KomandasıİlOyunQol200451200510220061222007812008133200911420101442011117201280201360Cəmi9824
İstinadlar
Xarici keçidlər
Dirk Kuyt Liverpool F.C. The Dirk Kuyt Foundation Player profile LFChistory.net Player ProFayl: Dirk Kuyt This is Anfield Profile ESPN Soccernet Profile at Premier League
Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:FİFA Yüzlük Klubu Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:Niderland futbol məşqçiləri Kateqoriya:Feyenoord FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular Kateqoriya:Utrext FK futbolçuları