Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; ) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940).

Həyatı Erkən illəri və təhsili Abdulla Şaiq Mustafa oğlu 1881-ci il fevralın 24-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra vəfat etmişdir. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalılarından idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 244. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi. Bu məktəbdə Abdullanın atası Axund Mustafa ilə yanaşı, Qori müəllimlər seminariyasının məzunlarından Baxşəli bəy və Paşa bəy də dərs deyirdilər. Ölkədə XIX əsrin ortalarından başlayıb getdikcə inkişaf edən maarifçilik hərəkatının ideyaları gənc Abdullada öz təsirini buraxırdı. Abdulla Şaiq 1889–93-cü illərdə bu məktəbdə ilk təhsilini aldıqdan sonra Xorasana ziyarətə gedən anası, qardaşı Yusiflə birlikdə onu da özü ilə aparır. Yusiflə Abdulla təhsillərini Xorasana davam etdirirlər. Burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllim də dərs deyirdi. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olmuşdur. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə "Ziya" təxəllüsü götürmüşdür. 1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün 1900-cü ilin payızınadək Xorasana bir tanışlarının evində qalaraq burada bakıkılə Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. Yeddi il Xorasana mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Payızda anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür. Abdulla Bakıda iki sinfi mübarizə ilə üzləşdi. Bir tərəfdən burjuaziya, digər tərəfdən isə proletariat. 1905-ci il inqilabı ərəfəsində bu iki sinif arasında başlanan mübarizə tarixin zəruri bir hadisəsi kimi meydana çıxmışdı. Bununla bərabər Bakı həm də elm, ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilirdi, mətbuat orqanları, məktəblər, mədəniyyət orqanları açılır, ziyalıların sayı artırdı.

Pedaqoji fəaliyyəti Dövrün ziyalılarının çoxu Qori müəllimlər seminariyasının məzunları idi. Onlar yeni üsulla dərs deyir, əsərlər yazırdılar. Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev və digər dramaturqların əsərlərini tamaşaya qoyurdular. 1905–1907-ci illər inqilabının təsiri altında məktəb ətrafında gedən mübarizə günü-gündən şiddətlənirdi və bu, Azərbaycan ziyalılarının, müəllimlərinin, mühərrirlərinin və ədiblərinin dəstələrini əhatə edirdi. Həmin dövrdə şəxslər Qori müəllimlər seminariyasını bitirib Azərbaycanın müxtəlif yerlərində çalışırdılar. Onlar nəslin təlim-tərbiyəsinə, onların dünyəvi təhsil almalarına qayğı göstərirdilər. Bu insanlar yeni üsulla məktəblər açır, qəzet, jurnallar çıxarır, dərsliklər hazırlayır, tədris proqramlarında dünyəvi elmlərə geniş yer verirdilər. Məqsəd insanların şüuruna təsir göstərmək, xalqlar arasında dostluq ideyası yaymaq idi. Abdulla Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Abdulla, Nəriman Nərimanova onun Bakıya müəllim arzusu ilə gəldiyini, Nərimanov isə ona bu sənət üçün imtahan verməli, müəllimlik hüququ qazanmasının vacib olduğunu bildirdi. Nərimanovun məsləhətlərindən sonra Abdulla Nəriman Nərimanovun ona verdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını, Azərbaycan dilinin qrammatikasını, ədəbiyyatı, eləcə də metodikasını öyrəndi. 1901-ci ilin aprelin 22-də I Aleksandr adına üçüncü oğlan gimnaziyasında imtahan komissiyası çağırıldı. Abdulla üç növ üzrə imtahan verdi: yazılı, şifahi və nümunə dərsi. Bu imtahanları zamanı o, öz istedadı və bacarığını göstərmiş, səyi sayəsində Azərbaycan dili və ədəbiyyatına metodikaya aid suallara Nəriman Nərimanovu və başqa komissiya üzvlərini razı salan cavablar vermiş və hər üç imtahandan "5" qiyməti almışdır. Abdulla Talıbzadə 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən "Azərbaycan dili müəllimi" adını alır. Şəhadətnaməni komissiya üzvü olan Nəriman Nərimanov imzalamışdır. Onun müəllim kimi işə düzəlməsində Nərimanov mühüm rol oynamışdır. Onun Bakı Dövlət Dumasının maarif şöbəsinin müdiri Mixail Aqanoviçə yazdığı məktubda bildirilir:

Lakin boş yer olmadığı üçün Abdulla Talıbzadəni rus-tatar məktəblərində "ehtiyat müəllim" təyin etməyi qərara aldılar. Bu haqda o, məktəb komissiyası sədrinə məktub yazır:

Bununla, Abdulla Talıbzadə Sultan Məcid Qənizadənin müdir olduğu altı sinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayır. Abdulla Talıbzadənin pedaqoji fəaliyyətə başladığı dövrdə xalqı maarifləndirmək, onları zamanın tələbinə uyğun tərbiyə etmək ictimai bir məsələ kimi meydana çıxmışdı. Abdulla Talıbzadənin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən 1901–18-ci illər arasında Azərbaycan maarifi sahəsində iki qüvvə qarşı-qarşıya gəlmişdi: köhnə təlim ocaqları — mollaxanalar, mollalar, sxolastik təlim-tərbiyə üsulu ilə dərs deyən müəllimlərdən ibarət qüvvə, ikincisi isə: yeni təlim-tərbiyə üsullarına, dünyəvi məktəblərə meyil edən pedaqoji qüvvə idi. Abdulla Talıbzadə yeni tipli tədris ocaqlarının şəbəkəsinin genişləndirilməsi uğrunda mübarizə aparan ikinci qüvvənin — dövrün maarifçilərinin sıralarına qoşuldu. Azərbaycan dilinə ayrılmış dərs saatı az olduğundan o, beş-altı ay hazırlaşdıqdan sonra imtahan verərək şəriət müəllimi şəhadətnaməsi aldı. O, işlədiyi məktəbdə azərbaycan dili dərsləri ilə yanaşı şəriət dərsləri də aparırdı. İkinci Real məktəbin direktorunun Qafqaz Təhsil Dairəsinə göndərdiyi 1916-cı il 18 oktyabr tarixli məktubunda yazılır:

Abdulla Şaiq şəriət dərslərinin kiçik mahiyyətini dərk edərək çox vaxt onun yerinə Azərbaycan dilini, dünyəvi elmləri tədris edirdi, lakin atdığı bu addın onu vəzifəsindən kənarlaşdıra bilərdi. Abdulla Şaiq bununla bağlı "Xatirələrim"-də yazırdı:

1901–1906-cı illərdə Abdulla Talıbzadə bir neçə məktəbdə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbibbəy Mahmudbəyovun müdir olduğu altısinifli şəhər məktəbinin aşağı siniflərinə daimi ana dili müəllimi təyin edildi. Dərs saatı az olduğuna görə 1903-cü ildən Sabunçuda altıillik məktəbdə də dərs deməyə başlayır. Gənc müəllim fəhlələrin iş şəraitini ilk dəfə olaraq daha yaxından müşahidə edir, öyrənirdi. Abdulla Talıbzadənin 1903-cü ildə üçüncü kişi gimnaziyasında çalışması haqqında üç sənəd mövcuddur: birincisində, onun 1903–1905-ci illərdə progimnaziyada işlədiyi göstərilir. İkinci sənəd isə Mərkəzi Ədəbiyyat Arxivində saxlanılan 31 nömrəli şəhadətnamədir. Şəhadətnamədən məlum olur ki, o, Qafqaz Maarif Müfəttişliyinin 15672 nömrəli əmrinə əsasən 1905-ci il oktyabrın 29-dan 1912-ci il oktyabr 31-ə qədər gimnaziyada çalışmışdır. Sabunçuya gedib-gəlmək çətin olduğu üçün Abdulla 1906-cı ilin sentyabrında oradan ayrılaraq Bakı realnı və yeddinci şəhər məktəbinə işə düzəlir. Abdulla Talıbzadə rus dilində tərcümeyi-halında göstərir ki, 1906-cı ildə 7-ci rus-tatar məktəbində yerli dildən dərs deməyə başladı. Seyid Hüseyn, Cəfər Cabbarlı məhz bu məktəbdə onun şagirdləri olmuşdur. O, burada 1908-ci ilə qədər çalışdı. Abdulla Talıbzadə 1908-ci ildən pedaqoji fəaliyyətini Bakıdakı realnı məktəbində davam etdirir. Abdulla Şaiq burada şəhərin bir neçə məktəbində altıncı dərs kimi tədris edilən Azərbaycan dilindən dərs vermişdir. Mütərəqqi fikirlərinə Abdulla Şaiq şagirdləri və qabaqcıl fikirli maarif işçiləri arasında böyük hörmət və nüfuz sahibi olmuşdur. 220px|thumb|left|"Nicat" Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il. Aşağı sırada, sağdan 4-cü Abdulla Şaiq Abdulla Şaiqin pedaqoji fəaliyyətinin birinci mərhələsini əhatə edən illər xalq maarifi sahəsində başlanmış böyük bir canlanma ilə müşayiət olunur. Müxtəlif maarif cəmiyyətləri yaradılırdı. Bu cəmiyyətlər içərisində "Nicat" cəmiyyəti öz fəaliyyəti ilə diqqəti cəlb edirdi. Cəmiyyətin sədr müavini olan Nəriman Nərimanovun və onun həmfikirlərinin Həsən bəy Zərdabi, Fərəc bəy Ağayev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Üzeyir Hacıbəyli və başqalarının səyi nəticəsində 1906-cı ilin avqustunda və daha sonra 1907-ci ildə Azərbaycan müəllimlərinin müvafiq olaraq I və II qurultayları çağırıldı. Azərbaycan ictimai həyatında tarixi əhəmiyyət kəsb edən qurultaylar maarif və məktəb məsələsini müsəlmanların inkişafının ən vacib komponentləri ilə bağlı olan siyasi, mədəni və ictimai məsələ idi. Dərsliklərin, proqramların vəziyyəti, təlim üsulları (həmin dövr ibtidai şəhər məktəblərində rus dili nemoyNemoy sözünün tərcüməsi lal deməkdir. metodu ilə təlim edilirdi), oxumaq və yazmaq üçün asan olan yeni üsulun tətbiqi haqqında, kənd müəllimlərinin vəziyyəti, məktəblərdə Azərbaycan dili dərslərinə verilən dərs müddətinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, tətillərin düzgün bölüşdürülməsi, ibtidai təhsilin ümumi və icbari olması, yeni üsullardan istifadə edilməsi hər iki qurultayın əsas müzakirə mövzusu olmuşdur. Abdulla Talıbzadə birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz fikirlərini verdi. Qurultay Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla Şaiq və digərlərindən ibarət xüsusi komissiya seçdi. Qurultayın növbəti iclasında komissiya adından Abdulla Talıbzadə çıxış edərək proqramın tərtibi prisinsiplərindən və əhəmiyyətindən danışdı.

İlkin dövrlər thumb|right|220px|Abdulla Şaiq Ukrayna şəhəri Slavuta ərazisində, 1909-cu il

Yaradıcılığı