Musavar — Azərbaycan Respublikasının Lerik rayonunun Kirəvud kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 38 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Yerli əhali kəndin adını Musavo kimi tələffüz edir və oykonimi Musa (ş.a.) və talış dilindəki vo (kənd, yer) sözlərindən ibarət “Musanın kəndi” kimi izah edirlər. Əslində Musavar “musalılar”, “Musanın nəsli” mənası bildirən etnonim mənşəli toponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
Coğrafiyası Dağətəyində salınmış kənd Alaşa çayı ilə Şərətük çayı arasında çox gözəl mənzərəyə malikdir.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri