Yuxarı Amburdərə — Azərbaycan Respublikasının Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Qosmalyan kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yuxarı Amburdərə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
15 mart 2002-ci il tarixli 273-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Yuxarı Amburdərə kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Əhalisi Əhalisi 41 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri