Kənkan — Ermənistan Respublikasının Kotayk mərzində kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2 Kəkan bələdiyyəsini (erm.: e. Հատիս համայնքի, l. Hatis hamayanki) təşkil edir.Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Ermənistan SSR-idə 9 sentyabr 1930-cu ildə Ellər rayonu təşkil edildikdə Kənkan kəndi də onun tərkibinə qatılmışdır. 1 yanvar, 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd sovetliyini () təşkil edirdi. Bu sovetliyin ərazisi qeyd edilən tarixdə 48 km² idi və bu göstərici ilə o bütün rayon ərazisinin (880 km²)Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 39 5.45%-ni təşkil edirdi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə rəsmən Hatis () olaraq dəyişdirilmişdir və hazırda bu cür adlanır.Կոտայքի մարզպետարան : Համայնքի մասին : Հատիս

Coğrafiyası Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.155 qeyd edilmişdir.

Toponim Toponim fars dilində "quyu qazan, quyuçu" mənasında işlənən "kankan" sözüƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.273 əsasında yaranmışdır.

Əhali Kənkanın 1918-ci ildə 2500 nəfər əhalisi olmuşdur. Digər kəndlərdə oldugu kimi daşnak hökumətinin genosid siyasəti burda da öz əksini tapmışdır. Zalımlıqla məhv edilən kənddə 100-dən artıq körpə uşagın cəsədini saymışlar.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Rəsmi siyahıyaalınma ili və siyahıyaalınmanın yekunlarına əsasən əhalinin sayıՀայաստանի հանրապետության բնակավայրերի բառարան, էջ 119 // ՀՀ կառավարությանն առընթեր անշարժ գույքի կադաստրի պետական կոմիտե “Գեոդեզիայի և Քարտեզագրության կենտրոն” ՊՈԱԿ Հայաստանի Հանրապետության բնակավայրերի բառարան. Երևան – 2008Асадов Сабир Джалал оглы (составитель), Будагов Будаг Абдулали оглы (научный редактор). Историческая география Западного Азербайджана. (Дополненное, переработанное издание на русском языке). - Баку, издательство «Азербайджан», 1998, стр. 194 1873-cü il 1886-cı il 1897-ci il 1926-cı il 1939-cu il 1959-cu il 1970-ci il 1979-cu il 2001-ci il 548 740 772 597 1 077 506 369 372 450 Etnik tərkib Kənddə 1873-cü ildə 548 nəfər, 1886-cı ildə 772 nəfər, 1897-ci ildə 740 nəfər, 1904-cü ildə 939 nəfər, 1914-cü ildə 1144 nəfər, 1916-cı ildə isə 1231 nəfər yalnız azərbaycanlı yaşamışdır.erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və bura xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanları öz yurdlarına dönə bilmişlər. Burada ermənilərdən başqa 1922-ci ildə 72 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 147 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1947-1948-ci illərdə buradakı azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Hazırda kənddə ancaq ermənilər yaşayır.

Mənbə 12 - Qarabaq senedlerde | Karabakh in Documents | Карабах в документах

İstinadlar

Kateqoriya:Qırxbulaq kəndləri Kateqoriya:Kotayk mərzinin yaşayış məntəqələri