35px Ukrayna 270pxReytinqdə sırası 46 (2014 yanvar ayı üçün)FIVB Senior World Ranking - Women As per January 2014 Konfederasiya CEV Federasiya UVFMəşqçi Volodimir Buzaiev İnternet Saytı Ukrayna Voleybol Federasiyası25px Olimpiya oyunları İştirakı 1 dəfə (1996-cı il) Ən yaxşı nəticəsi 11-ci yer16px Dünya çempionatı İştirakı 1 dəfə (1994-cü il) Ən yaxşı nəticəsi 11-ci yer23px Avropa çempionatıİştirakı 5 dəfə (debütü 1993-cü il)Ən yaxşı nəticəsi 3-cü yer : 1993
Ukrayna qadın milli voleybol komandası — Ukraynanın ən yaxşı voleybolçularını özündə cəmləyən milli komanda. Bu komanda Ukrayna voleybolunun son illərdəki enişi səbəbindən önəmli beynəlxalq turnirlərin heç birinə qatıla bilmir. Bu üzdən də Avropada elə də tanınmır.
Tarixi Ukrayna qadın milli voleybol komandası SSRİ-nin dağılmasından sonra (Ukrayna müstəqil olduqdan sonra) yaranmış və 1992-ci ildən beynəlxalq yarışlarda iştirak etmişdi. Beş qat dünya çempionu SSRİ-nin voleybol mədəniyyətini özündə toplaya bilən Ukrayna 1993-cü ildə Avropa qadınlar voleybol çempionatının final mərhələsinə vəsiqə qazana bilmişdi. Həmin millidən əslən ukraynalı voleybolçuları heyətinə cəlb edən komanda heyətini Avropanın əsas liqalarında çıxış edən oyunçulardan təşkil etmişdi. Bunun məntiqi nəticəsi kimi həmin Avropa çempionatının bürünc medalına da yiyələnmişdi.Women Volleyball XVIII European Championship 1993 Brno
Ukrayna 1994-cü ildə tarixində ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazana bilmişdi. Turnirdə 11-ci yeri tutan komanda bir daha bu mötəbər turnirdə iştirak edə bilməmişdi.
XX əsrin sonlarından etibarən Ukraynada dünya səviyyəli voleybolçularının yaşlanması, əvəzində isə gözlənilən gənc oyunçuların gəlməməsi böyük enişə səbəb olmuşdu. Avropa çempionatında üçüncülük yaşayan komandadan demək olar ki, əsər-əlamət qalmamışdı. Milli yığma uzun illər heç bir beynəlxalq turnirə vəsiqə qazana bilmirdi. Bunun əsas səbəblərindən biri də Ukrayna vətəndaşı olan voleybolçuların öz milli komandalarını seçməmələri idi. Belə ki, bir çox voleybolçu bu ölkənin vətəndaşı olmasına baxmayaraq ayrı-ayrı güclü milli komandaları seçirdi. Bu oyunçuların ən başında Azərbaycan milli komandasında oynayan əslən ukraynalı olan dünyaca məşhur voleybolçu Natalya Məmmədova gəlir.
2011-ci ildə səkkiz illik fasilədən sonra Avropa çempionatında iştirak etməsinə baxmayaraq qrupunda sonuncu yeri tutmuş və turnirlə ərkən vidalaşmışdı.
2014-cü ildə dünya çempionatının seçmə mərhələsində , və milliləri ilə eyni qrupa düşən komanda qrupda üçüncü yeri tutaraq final mərhələsinin biletini ala bilməmişdi. Həmin vaxt komandanın heyətində aşağıdakı oyunçular yer alırdı: Novgorodçenko, Kodola, Truşkina, Zakhozha, Savençuk, Pervukhina, Delros, Stepançuk, LisienkovaTürkiye-Ukrayna: 3-0
Heyəti 2014-cü il üçün əsas heyəti Baş məşqçi : Volodimir Buzaiev NömrəOyunçunun adıMövqeyiÇıxış etdiyi klub1Yekaterina KalçenkoBlokçu Ximki2Маrinа ZaxojayaHücumçu Ximki3İrina TruşkinaBlokçu Ximki5Yuliya PervuxinaBlokçu Ximki6Anna BurbelyukHücumçu Severodonçanka9Tatyana XilyukToppaylayıcı Ximki10Anna LisenkovaHücumçu Severodonçanka11Alina StepançukLibero Ximki12Viktoriya DelrosLibero Qalçanka TNZU13Yelena NovqorodçenkoToppaylayıcı Ximki15Olqa SavençukHücumçu Ximki16Nadejda KodolaHücumçu Ximki
Əsas turnirlərdə qazandığı nəticələr Olimpiya Oyunları İl Təşkilatçı şəhər Nəticəsi 1996 Atlanta 11-ciyer 2000 Sidney təsnifat keçilmədi 2004 Afina təsnifat keçilmədi 2008 Pekin təsnifat keçilmədi 2012 London təsnifat keçilmədi 2016 Rio de Janeiro ?
Dünya Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1994 11-ciyer 1998 təsnifat keçilmədi 2002 təsnifat keçilmədi 2006 təsnifat keçilmədi 2010 təsnifat keçilmədi 2014 təsnifat keçilmədi
Avropa Çempionatı İl Təşkilatçı ölkə Nəticəsi 1993 Bürünc medal 1995 7-ciyer 1997 7-ciyer 1999 təsnifat keçilmədi 2001 4-cüyer 2003 9-cuyer 2005 təsnifat keçilmədi 2007 / təsnifat keçilmədi 2009 təsnifat keçilmədi 2011 / 15-ciyer 2013 / təsnifat keçilmədi
İstinadlar
Xarici keçidlər Ukrayna Voleybol Federasiyası Rəsmi Saytı
Kateqoriya:Milli voleybol komandaları Kateqoriya:Ukrayna milli idman komandaları Kateqoriya:Ukraynada voleybol Kateqoriya:Avropa milli voleybol komandaları Kateqoriya:Milli qadın voleybol komandaları