Meğri () — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir.
Toponimika Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözününМурзаев Э. М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.382 fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir.
Tarixi Şəhərin adı mənbələrdə MığrıMir Mehdi Xəzani. Kitabi-tarixi — Qarabağ, "Qarabağ- namələr", II kitab, Bakı, "Yazıçı", 1991. s. 187 formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib. 1984-cü ildə Meğriyə şəhər statusu verilmişdir. Şəhər rayonun yerli kənd təsərrüfatı məhsulları əsasında inkişaf etmişdir.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
İstinadlar
Kateqoriya:Zəngəzur mahalı Kateqoriya:Sünik mərzinin yaşayış məntəqələri Kateqoriya:Ermənistan şəhərləri Kateqoriya:Meğri Kateqoriya:X əsrdə yaranan yaşayış məntəqələri