İvan Vladislav — Bolqarıstan çarı. Əmisi oğlu Qavril Radomir tərəfindən ölümdən qurtarılsa da, onu öldürərək taxta keçmişdir. 1018-ci ildə müharibədə öldürülmüşdür.

Hakimiyyətdən öncə həyatı İvan Vladislav Kometopuli qardaşlarının ən böyüyü Aaron Kometopulinin oğlu olaraq, təqribən 975-ci ildə dünyaya gəlmişdir. Çar Samuilin edam hökmündən əmisi oğlu Qavril Radomir tərəfindən qurtarılmışdır. Lakin Qavrilin zəifliyi, əyanlar tərəfindən İvan Vladislavın dəstəklənməsinə və Qavrilin ölümünə gətirib çıxarmışdı. 1015-ci ildə Qavril öldürülmüş, İvan çar elan olunmuşdur.Zlatarski, Vasil (1971) . Orta əsrlər Bulqar dövləti tarixi. Cild I (Bolqarca) Sofia: Nauka i izkustvo. OCLC 67080314.

Hakimiyyəti Hakimiyyətə gələndən sonra II Basilə nümayəndə göndərən İvan bununla özünə vaxt qazanmaq istəyirdi. İmperator bundan xəbərdar olandan sonra kovxan Fyodora rüşvət verdi ki, çarı öldürsün. Fyodor öz növbəsində bir muzdlu qatilə sifariş verdi. Lakin qatil elə Fyodorun özünü öldürdü.Andreev, Jordan; Milcho Lalkov (1996). The Bulgarian Khans and Tsars. Abagar. ISBN 954-427-216-X. Bu zaman II Basil artıq dövlətin içlərinə doğru gəlmiş, paytaxt Ohridi ələ keçirmişdi. Lakin Vladislav onun ərzaq yolunu tutandan sonra çarəsiz qalan Basil paytaxta qayıtdı və əvəzinə iki komandan qoydu. 22 may, 1016-cı ildə vassalı Serbiya knyazı Yovan Vladimiri hüzuruna çağıraraq edam etdirən İvan Vladislav, Peçeneqlərə kömək üçün müraciət etsə də müttəfiqlik cəhdi uğursuz oldu. 1017-ci ildə Bizans ordusunu tələyə salsa da əlavə qüvvələrin gəlişi ilə geri çəkilməli oldu.

Ölümü 1018-ci ilin fevral ayında, Durryos şəhərini mühasirəyə alarkən öldürülmüşdür. Ölümünün səbəbi sir olaraq qalmaqda davam edir. Bəzi müəlliflər onun öz əyanları tərəfindən öldürüldüyünü, bəziləri şəhərin hakimi ilə təkbətək döyüşdə öldürüldüyünü, bəziləri isə Yovan Vladimirin ruhu tərəfindən öldürüldüyünü qeyd edirlər.Kazhdan, Alexander, ed. (1991), Oxford Dictionary of Byzantium, Oxford University Press, ISBN 978-0-19-504652-6 İvan Vladislavın ölümü imperiyanın çöküşünü sürətləndirdi, bir çox sərkərdə və valilər Bizansa təslim oldular. II Presianın rəhbərlik etdiyi kiçik bir qrup isə mübarizəyə davam etdi.

Ailəsi İvan Vladislavın soy ağacıRunciman, pp. 226, 232–233, 250Zlatarski, Appendix 19                         Komita Nikola   Ripsimia                     David Mozes Aaron Samuil(hak. 997–1014) Aqataİohannn Kriselliosun qızı                             Qavril Radomir(† 1015, hak. 1014-1015) Teodora Kosara Miroslava   Maria Ivan Vladislav(reign 1015–1018)                                   Alusian   Aaron   Radomir Katerinaimperator I İsaakın həyat yoldaşı II Presianhak (1018)     Trayan Adsız oğul 5 adsız qız                           AnnaRoman IV Diogenin həyat yoldaşı Basil Teodora MariaAndronikos Dukasın xanımı Manuel Maria   SamuilErmənistan sərkərdəsi Radomir                           Konstantin Diogen   Aaron Aaronios   İrene Dukayana Teodora İohann Dukasböyük hersoq   AnnaGeorgi Paleoloqun həyat yoldaşı Mixail Dukas protostrator

İstinad və mənbələr

Kateqoriya:Hökmdarlar Kateqoriya:XI əsr Avropa hökmdarları