Meydancıq () — Qars ilinin Arpaçay ilçəsində kənd.

Tarixi Kənd əhalisi Oğuzlardan olan Azərbaycanlılardır. Kənd əhalisi əsasən 1918-ci ildə Göyçə mahalındakı erməni qırğınlarından canını sağ qurtaran azərbaycanlılar Türkiyəyə keçərək Arpaçayın sahilindəki Meydancıq kəndində məskunlaşanlardır. Köç edən əhalinin bir hissəsi Qars vilayətinin müxtəlif nahiyələrinə səpələnmişlərSalman Vilayətoğlu, "Oğuz elinin müqəddəs ocağı Göyçə", Bakı, "TS", 2006. səh. 117-118..

Mədəniyyəti Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi yoxdur, Sanitariya qovşağı quraşdırılımışdır. Kəndin asfalt yolu, daimi elektriki və telefon qovşağı vardır.

Coğrafiyası Kənd Qars ilindən 45;km, Arpaçay ilindən isə 3;km məsafədədir.

İqlimi

Əhalisi

Tanınmışları Abbas Göyçə (; d.1927, Qars) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri

Statistika İllərə görə əhali sayı 2007 251 2000 239 1997 ?

İqtisadiyyatı Kəndin iqtisadiyyatı kənd təsərrüfatı və heyvandarlığa bağlıdır.

İstinadlar

Xarici keçidlər Yerelnet

Kateqoriya:Arpaçay ilçəsinin bəldə və kəndləri