Əbasəlt və ya tam adıyla Xacə Əbasəlt Əbdüssəlam ibn Saleh ibn Süleyman Herəvi — On iki imam şiələrinin 8-ci imamı Əli ibn Musa ər-Rza, 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi və 10-cu imamı Əli ibn Məhəmməd ən-Nəqinin səhabəsi.

Həyatı H.Q. 160-cı ildə Mədinə şəhərində anadan olmuşdur.

Bəsrə, Kufə, Hicaz, Yəmən kimi ərazilərə səfər etmiş və alimlərdən hədis öyrənmişdir.

Ərəb xəlifəsi Abdullah Məmunun hakimiyyəti dövründə 1 il həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra bir müddət Herat şəhərində yaşamışdır.

H.Q. 236-cı ildə vəfat etmiş və indiki Məşhəd şəhərində dəfn olunmuşdur. Sonralar məzarı üzərində türbə-məscid kompleksi inşa olunmuşdur.

Əsərləri "Əhvalat" "Həzrəti Rzanın (ə) şəhadəti"

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Mədinədə doğulanlar Kateqoriya:Məşhəddə vəfat edənlər Kateqoriya:Məşhəddə dəfn olunanlar