Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov; ) — tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah.

Həyatı Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.

1987-ci ildə Göyçə mahalının Krasnoselo rayonunda orta məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988–1990-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə Tibb Universitetini əla qiymətlərlə oxuduğuna görə 4-cü kursdan Türkiyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirmək üçün göndərilmişdir. 1995-ci ildə həmin universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turkiyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində uzmanliq imtahanı verərək ixtisasa başlamışdır. 1995–2000-ci illərdə Azərbaycan Dövlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaüdlü olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzində təhsil almışdır. 2000-ci ildə məzun olaraq Plastik və Rekonstruktiv cərrrahiyyə Uzmanı adı almışdır. 2003-cü ildə "İnternal mammariyan arteryaya dayalı yeni ada flebi "adlı yeni cərrahiyyə metodu adlı dissertasiya müdafiə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adı almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında, Tibb Universitetinin, Səhiyyə Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bölməsinin birlikdə iştirakı ilə keçirilən elmi seminarda "Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları" adlı məruzələri dinlənildi. Akademiyanın Rəyasət Heyətinin No:p-15 qərarı ilə Azərbaycan Attestasiya Komissiyasına ona professor elmi adının verilməsi tövsiyə olundu. 2001–2007-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi kliniki xəstəxanasında və Respublika Kliniki xəstəxanasında plastik və rekonstruktiv cərrah isləmişdir. 2007-ci ildən "Qələndər Plastik və Rekonstrutiv cərrahiyyə" klinikasının rəhbəri işləyir. 2001-ci ildən Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci Cərrahi xəstəliklər kafedrasının, Ağız və üz-çənə cərrahiyəsi kafedralarının müəllimi və dosenti vəzifəsində çalışmışdır. Hal hazırda Azərbaycan Dövlət Tibb Universitetinin və Azərbaycan Həkimləri Təkmilləşdirmə Universitetinin plastik və rekonstruktiv cərrahiyyə ixtisası üzrə rezidentlərinin hazırlanmasının kuratorudur, professor vəzifəsində çalışır. Prezident yanında Ali Attestasiya komissiyasının tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının müavini vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Tibb Universitetində "Yumşaq toxumaların böyük defektlərinin rekonstruksiyasının yaxşılaşdırılmasi yolları"adlı dissertasiyasını yekunlaşdırmış və Ali Atestasiya Komisyasi tərəfindən 12.07.2017-ci ildə tibb üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir. Plastik və Rekonstruktiv cərrahiyyə ixtisası üzrə tələbələrin və rezidentlərin hazırlanması üçün universitetimizdə ilk dərslik və dərs vəsaitinin müəllifidir. ABŞ-də nüfuzlu Florida universitetində Rui Fernandesin müəllifi olduğu "Local and Regional Flaps in Head & Neck Reconstruction" A Practical Approach dərsliyinin 20-ci fəslində "Daxili döş arteriyası cərrahiyyəsi: yeni flebin təsviri" adlı bərpa üsulu rezidentlərin və bu sahənin mütəxəssisləri üçün "Vaqif Qələndər" metodikası kimi tədris olunur. Altı yeni cərrahiyyə metodu, 78–elmi əsəri xarici ölkə jurnallarında və konfranslarında nəşr olunmuşdur. 2 dəfə dirsəkdən qopmuş qolun 6 -saat və 8-saatdan sonra təkrar yerinə replantasyası(bərpa olunması)əməliyyatını müvəfəqiyyətlə həyata kecirmişdir. 32-dən çox xarici ölkə elmi konfranslarında məruzəçi olarag iştirak etmişdir. Ölkəmizdə keçirilən bir çox Beynelxalq forum və konfransların istirakçısı və məruzəçisi olmuşdur. Ölkəmizdə 3 dəfə beynəlxalq Plastik və Rekonstruktiv cərrahiyyə konfranslarının bilavasitə təşəbbüskarı və təşkilatçısı olmuşdur. Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin qurucusu və sədridir.(PCİB) Beynəlxalq Plastik və Rekonstruktiv Cərrahiyyə konfedrasyasının idarə heyətinin üzvü və milli nümayəndəsidir.(İPRAS) Beynəlxalq Plastik və Estetik Cərrahiyyə Assosasiyasının milli katibidir(ISAPS). 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Professor elmi adı verilmişdir.

Vaqif Qələndər 1990-cı ilin yay günlərindən birində Türkiyənin televiziya kanalları, nüfuzlu qəzetləri belə bir sensasiyalı xəbər yaydılar:

"Qolunu dəzgah qoparmış 28 yaşlı Mustafa Əkər adlı bir xəstəni məşhur xəstəxanaların heç biri qəbul etmədikdən sonra Capa xəstəxanasına gətirmişlər. Gənc həkim Vaqif Qələndərli bu ağır işi öz öhdəsinə götürmüş və 9 saat xəstə üzərində işləmiş, misilsiz, analoqu olmayan qələbə qazanmışdır".

Vaqif Qələndər indi İPRAS () kimi mötəbər beynəlxalq təşkilatda ən yüksək səviyyədə təmsil olunmaqdadır. O həmin təşkilatın İdarə Heyətinin üzvüdür.

Ailəlidir. İki övladı var

Əsas elmi əsərləri 1. Plastik və Rekonstruktiv Cərrahiyyə (Tibb Universitetinin tələbələri və rezidentləri üçün dərs vəsaiti 2015) Vaqif Qələndərov Məhərrəm oğlu.

2. Plastik və Rekonstruktiv Cərrahiyyə (Tibb Universitetinin tələbələri və rezidentləri üçün dərslik 2016) Vaqif Qələndərov Məhərrəm oğlu.

3. Serbest musculus trasfers abdominus (TRAM) fleb kullanımı ile mastektomi ile aynı seansda meme rekonstruksiyonu İstanbul Tip fakultesi mecmuesi, 1999, cild 62, sayı 3, seh.252–256. 5 Vaqif Qələndər, Murat Topalan Aylin Bilgin Karabulut, Atilla Armcı, İsmayıl Ermiş, Metin Erer.

4. İntemal Mammarial arter pediküllü fasya- kütan ada flebi ile meme rekonstrüksiyonu (yeni fleb tanımı) XXI Ulusal Plastik, Rekonstruktif ve Estetik Cerrahi Kongresi / İzmir, 1999, s.10. 1 Vaqif Qələndər, Hülya Aydm, Aylin Bilgin Karabulut, Mustafa Özcan, Ahliman Amiraslan, Metin Erer.

5. Hipospadias onanmmda yeni dörtlü flep tekniği XXI Ulusal Plastik, Rekonstruktif ve Estetik Cerrahi Kongresi / İzmir, 1999, s.10. 4 Vaqif Qələndər Sinan Nur Kesim, Metin Erer, Orhan Çizmeci, Ufuk Emekli

6. Breast reconstruction with the intemal mammary artery pedicled fasciocutaneous island flap: description of a new flap Plast Reconstr Surg, 2000,106 (7), p. 1494–1498 (Nyu York, ABŞ) 5 Vaqif Qələndər, H. Aydın, A. B. Karabulut, M. Ozcan , A. Amiraslanov

7. Supratroklear Arter Pediküllü Alm Ada Flebinin Burun ve Medial Kantal Bölge Defektlerinde Kullanımı Plastik ve Rekonstrüktif Estetik Cerrahi Simpoziumu/Makedoniya, 2000, p. 17 1 Vaqif Qələndər, Ufuk Emekli, Sinan Nur Kesim, Orhan Çizmeci, İsmail Ermiş, Aylin Bilgin Karabulut, Metin Erer.

8. Prefabrike Postauriküler Fasyokutan Flep ile Aurikula Rekonstrüksiyonu Plastik ve Rekonstrüktif Estetik Cerrahi Simpoziumu / Makedoniya, 2000, p. 21. 1 Vaqif Qələndər, Aret Çerçi Özkan, Ufuk Emekli, Metin Erer, Atilla Arıncı, Ali Mezdegi

9. Vertikal Mamoplasti Texniğində Nedbenin Modifıkasyonu Plastik ve Rekonstrüktiv Estetik Cerrahi Simpoziumu / Makedoniya, 2000, s.22. 1 Vaqif Qələndər, Burçak Tümerdem Çağ, Hülya Aydın, Ufuk Emekli, Aylin Bilgin Karabulut.

10. Modifıca-tion of vertical scar in vertical mammaplasty techni que Aesthetic Plast Surg. 2001. 25 (1). p. 40–42 (Nyu York, ABŞ)3Vaqif Qələndər, Tümerdem. V , B. Aydın , Emekli H. U., Avdin H , Emekli U.

11. Auricular reconstruction with prefabricated postauricular Fasciocutaneous flap: case report. Medical Bulleten Of Istanbul Medical Faculty, 2001, Volume 34, Numberl, p. 94–97. 4 Vaqif Qələndər, Aret Çerçi Ozkan, Ufuk Emekli, Aylin Bilgin Karabulut, Metin Erer, Atilla Arıncı, Ali Mezdeği:

12. Breast reconstruction with the internal mammary artery pedicled fasciocutaneous island flap: description of a new flap. Discussion Plast Reconstr Sura, 2000. p. 1499–1500 (Nyu York, ABŞ)2 Vaqif Qələndər, Jack FisherAydın H. A. B. Karabulut Ozcan M. A. Amiraslanov

13. Intemal mammary artery pedicled island flap for the treatment of chest wall radionecrosıs Plast Reconstr Sure. 2001.108(2). p. 583–584 (Nyu York, ABŞ)2 Vaqif Qələndər , A. B. Karabulut

14. Plastik onkologiya cərrahiyyəsi Hematologiya, onkologiya və sümük iliyi transplantasiyasına həsr olunmuş simpozium, Bakı, 2003, s.3 Vaqif Qələndər

15. Comparative Application of Methods of Diminition of Mammary Gland with Reverse "T" — scar and Vertical-Scar VI Intemational EuroAsian and Azerbaijanian Congress of Qastroenterologists and Surgeons, Baku, 2003, p. 101. Vaqif Qələndər , A. Amiraslanov, E. Mirzaev

16. Modcrn Methods Of Imprevement Of Heredital Maxillomandibular Defects Through Mouth Cavity Without External Cuts VI Intemational EuroAsian and Azerbaijanian Congress of Qastroenterologists and Surgeons, Baku, 2003, p. 101–102.v Vaqif Qələndər 2

17. Application of Tissue-Dilative Materials (Expanders) In Elimination of Large — Sized Moles and Healing Tissues VI Intemational Evro Asian and Azerbaijanian Congress of Qastroenterologists and Surgeons, Baku, 2003, p. 102. Vaqif Qələndər, A. Amiraslanov

18. Reconstructive Surgery Of Mammary Gland After Mastectomy VI Intemational EuroAsian and Azerbaijanian Congress of Qastroenterologists and Surgeons, 2003, p. 102–103. 2 Vaqif Qələndər, A. T. Amiraslanov, A. A. Amiraslanov, U. Bagchi.

19. Одномоментные реконструктивно-пластические операции при раке молочной железы Межд.онкологическая конф."предопухолевые и опухолевые заболевания молочной железы" Azərbaycan onkologiya və həmm. elmlər jumalı, 2003, p. 95–962 Vaqif Qələndər,А.Т.Амирасланов,А.А.Амирасланов,У.Р.Бахджы

20. Comparative Application of Methods of Diminition of Mammary Gland with Reverse"T" — scar and Vertical-Scar Международная онкологическая конференция "предопухолевые и опухолевые заболевания молочной железы" / Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı,2003, s. 101jurnalı, 2003, s.101 1 Vaqif Qələndər, A. Amiraslanov, E. Mirzaev

21. Modem Methods Of Imprevement Of Heredital Maxillomandibular Defects Through Mouth Cavity Without Extemal Cuts Международная онкологическая конференция "предопухолевые и опухолевые заболевания молочной железы" Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı, 2003, s. 101–102 2 Vaqif Qələndər

22. Application of Tissue-Dilative Materials (Expanders) In Elimination of Large — Sized Moles and Healing Tissues Международная онкологическая конференция "предопухолевые и опухолевые заболевания молочной железы" Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı, 2003, s. 102 Vaqif Qələndər, A. Amiraslanov

23. Reconstructive Surgery Of Mammary Gland After Mastectomy Межд. онкологическая конф. "предопухолевые и опухолевые заболевания молочной железы" Azərbaycan onkologiya və həmmərz elmlər jurnalı, 2003, s. 102 1 Vaqif Qələndər , A. T. Amiraslanov A. A. Amiraslanov U. Bagchi

24. Plastik və Rekonstruktiv Cərrahiyyədə Yeni Əməliyyat Üsulları Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və YUNESKO-nun Bioetika Elm Texniologiyaların Etikası üzrə Milli Komitəsinin elmi seminarı, Bakı, 2004, səh. 3 Vaqif Qələndər 25. Septorinoplasti ameliyatlarında palpanazoosteotominin uygulanmasının avantajları Azerbaycan-Türkiye I Plastik Cerrahi Günleri Konqresi, 2008, s.51–52. 2 Vaqif Qələndər , K. Rüstemova, K. Memmedova, S. Tebrizli, A. Allahverdiye

26. Baş ve boyun nahiyyəsində dev nevusların ve çapık dokulann doku genişletici yerleşdirerek aradan kaldırılması. Azerbaycan-Türkiye I Plastik Cerrahi Günleri Konqresi, 2008, s.54. Vaqif Qələndər, E. Mirzəyev, S. Təbrizli, K. Memmedova, A. Allahverdiyeva

27. Memenin rekonstruktiv ameliyatları. Azerbaycan-Türkiye I Plastik Cerrahi Günleri Konqresi, 2008, s.54–55. Vaqif Qələndər, A. T. Amiraslanov, A. A. Amiraslanov N. Kasımov, E. Mirzeyev