Səncər qəzası () — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir.

Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.

İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار)مركز قضاء سنجار, Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان).

Əhalisi 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi.

Etnik tərkibi Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir.Kurdistan Regional Government Ministry of Extra Regional Affairs Erbil. Report on the Administrative Changes in Kirkuk and the Disputed Regions, December 2007.: Table of Contents—>Nineva Governorate (al-Mosul)—>III. Current Status—>4. The district of Sinjar, pages 42–44 Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir. Yezidilər və ərəblər qəzanın hər üç nahiyyəsində, türkmanlar isə yalnız Səncər və Kayrəvən nahiyyələrində məskundurlar. Qəzadakı ən iri türkman yaşayış məntəqələri Meydanqulu (ərəbcə: ميدان قولي)Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Maydan Quli, Iraq Page , Sibate, Sino və Telali (ərəbcə: تل علي)Kəndin coğrafi mövqeyi haqqında ətraflı məlumat üçün bax: Tall `Ali, Iraq Page kəndləridir.İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 2012, Cilt.1, Sayı 3 : Irak-Türkman Edebiyatında Yeni Şiirin Tarihine Bir Bakış, yazar: Sakine Qaybalıyeva

Danışılan dillər Qəzada yaşayan əhali əsasən kürd dilində, qismən isə ərəb və azərbaycan dillərində danışır.

İstinadlar

Kateqoriya:İraqın qəzaları Kateqoriya:Asiya regionları