() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Hamar dağdağan Rusiya (Krım), Kiçik Asiya, İran və Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəklikdə yayılıb.
Azərbaycanda yayılması Hamar dağdağan Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliklərdə, Kür-Araz ovalığında, Naxçıvan MR-də, Lənkəranda (Diabar) və s. rayon ərazilərində təsadüf edilir.
Statusu Hamar dağdağan Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer Dağətəklərində quru daşlı yamaclarda təbii halda bitir.
Təbii ehtiyatı Hamar dağdağanın Azərbaycanda arealı geniş deyildir.
Botaniki xarakteristikası Hündürlüyü 15 m olan alçaqboylu ağacdır. Gövdəsinin qabığı hamardır. Cavan zoğları qəhvəyi və ya qonur, yaşlı gövdəsinin qabığı isə bozumtul-qonur rəngdədir. Cavan budaqlar açıqqonur və ya açıqqəhvəyi rəngdədir. Yarpaqların qaidəsi dairəvi-pazşəkilli, kol formalarında isə, demək olar ki, ürəkvaridir. Yarpaqların ucu iti, xırda mişarkənarlı, sarımtıl-yaşıl (xüsusən alt tərəfdən), hamar, bəzən kələ-kötür, uzunluğu 4–7 sm, eni 4 sm olub, çılpaq saplaq üzərində yerləşmişdir. Aprel-may ayında çiçəkləyir. Meyvələri şarformalı, qırmızımtıl, 1–2 sm uzunluqda olub, uzun, çılpaq meyvə saplağı üzərində yerləşmişdir. Meyvəsi kürə formalıdır, uzun saplağı vardır. Çəyirdəyi zəif qırışıqlı olub, dairəvidir.
Çoxalması Hamar dağdağan əsasən generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir.
Becərilməsi Hamar dağdağan mədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Hamar dağdağanın qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meyvə bitkiləri Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər