() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.

Ümumi yayılması Rusiya (Dağıstan), Türkiyə və Qafqazda yayılımışdır.

Azərbaycanda yayılması Böyük Qafqaz (Quba) və Kiçik Qafqazın (Qarabağ) şimal hissələrində meşələrin yuxarı sərhədlərində seyrək ağcaqayın meşəliyi şəklində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. VU D2.

Bitdiyi yer Dəniz səviyyəsindən 1600–2500 m yüksəklikdə olan meşələrdə kiçik sahələrdə rast gəlinir.

Təbii ehtiyatı Azərbaycanda arealı geniş deyildir.

Çoxalması Toxum və kök pöhrələri ilə çoxalır.

Bioloji xüsusiyyətləri Təbiətdə hündürlüyü 20 m-ə çatan geniş çətirli ağacdır. Yarpaqları çox da dərin olmayan 5 dilimlidir. Gövdəsinin qabığı hamar və boz rəngdədir. Üzəri dairəvi və ya uzunsov mərcilərlə örtülüdür. Tumurcuqlarının ucu iti yumurtavarıdır. 7–18 mm uzunluqdadır. Yarpaqları 5 dilmli olub, 9–14 sm uzunluqda və 11–16 sm enindədir. Üstdən tünd-yaşıl, bulanıq rəngli və çılpaqdır, altdan açıqyaşıl rəngdədir. Yarpaqlar cavan vaxtı tükcüklərlə örtülü olur. Sonradan isə bu tükcüklər yarpaqlarının damarlarının künclərində qalmış olur. Dilimləri itiləşmiş, üstdən yumurtavari-rombik, oturacağı isə nizəvari ensizləşəndir. Yanlardan, adətən, iki cütü iridişlidir. Alt dişlər üstdəkilərdən xeyli xırdadır. Dilimlərin yanları xırda, iridişlidir. Çiçək qrupu 7 sm uzunluqda və 5 sm enində başcıqlar halında dik oturandır. Çiçək oxu və çiçək qrupunun saplağı çılpaqdır. Çiçəkyanlıqları 15–18 mm uzunluqda olub geri əyiləndir. Çiçəkləri ağımtıl-yaşıl rəngdə olub, 10 mm diametrdədir. Qanadlı meyvələri 5–7 sm uzunluqda olub, paralel yerləşmişdir və bəzən qanadların ucları bir-birinə toxunmuş olur. Meyvələri yetişdikdə qonur qırmızı və ya qırmızı rəng alır. Yetişmiş fındıqcıqlar qonur, şiş, cavan vaxtı tükcüklərlə örtülü, sonradan çılpaq olur. Meyvəsi qanadlıdır, qanadları paralel yerləşməklə bəzən ucları bir-birinə toxunur. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Çoxalması Təbiətdə əsasən generativ yolla çoxalır.

Təbii ehtiyatın dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətinin təsiridir.

Becərilməsi Bəzəkli olmasına görə park və bağlarda əkilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına salınmasına ehtiyac vardır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax