Çyu Cou (əvvəlki adı: Çzyanin) — Çin Xalq Respublikasının Xunan əyalətində şəhər.

Coğrafiyası Ərazisi 11.420 km2-dir. Synçzyan çayının sahilində, əyalət mərkəzi olan Çanşadan cənub-qərbdə yerləşir.

Şəhər subtropik iqlim zonasında yerləşir və burada musson küləyi üstünlük təşkil edir. Xunan əyalətinin yeraltı mineral resurslarla zəngin bölgələrindən biridir.

Əhalisi 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 3 885 609 nəfər olmuşdur.

Adminstrativ bölgü Çyu Çou şəhəri 4 inzibati - Lusun, Tynyuan, Xetan və Şifen rayonlarına, Lilina adlı şəhər mahalına, eləcə də Çalin, Çju Cou, Yusyan və Yanlin mahallarına bölünür.

Nəqliyyat Çyu Cou mühüm dəmiryolu qovşağı ilə əhatələnib. Bu qovşağ şəhəri ölkənin şimal hissəsində olan əyalətlərlə birləşdirir. Hər gün buradan 110 qatar keçir ki, bu nəqliyyat vasitəsindən gündə 30 min insan yararlanır.

İqtisadiyyatı Çyu Cou Çanşa və Syntan birlikdə "Qızıl Çançjutan üçbucağı" təşkil edirlər.

Sənaye Çju Cou şəhərində metallurgiya, kimya sənayesi, maşınqayırma (Çju Cou Elektrovozqayırma zavodu) və tikinti sənayesi inkişaf etməkdədir. Çju Cou əyalətin ikinci böyük şəhəridir. Burada Synyan çayının sahilində 35 km² ərazini əhatə edən Yüksək Texnologiyalar Zonası yaradılıb. Bu zonada dünyanın bir sıra aparıcı şirkətlərinin filialları fəaliyyət göstərir. Bura "Siemens", "Yamaha", "McDonald's" və "KFC" kimi iri şirkətlər daxildir.

Qardaş şəhərlər Sumqayıt Nəvai (1996) Fredrikstad (1999) Nyaçanq (2001) Pitermariçburq Pçoçxon (2009)

Mənbə Sumqayıtın “balacaboy qardaşı” Çyu Cou – TANITIM (FOTOLAR) xeberle.com

Kateqoriya:Çin şəhərləri