Hüseyn Namaz oğlu Qurbanov (tam adı:Hüseyn Qurbanov; ) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Kimya elmləri doktoru, Baş elmi işçi.

Həyatı Hüseyn Namaz oğlu Qurbanov 23 fevral 1948-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur https://www.facebook.com/groups/1259167737620860/posts/1298437473693886/. 1954–1965-ci illərdə kənd orta məktəbində təhsil almışdır. Məktəbi gümüş medalla bitirdikdən sonra 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Universiteti bitirdikdən sonra 1970–1972-ci illərdə Tərtər rayonunun Cəmilli kənd orta məktəbində, 1997–2002-ci illərdə isə Bakı şəhərindəki "Zəngi" liseyində kimya müəllimi işləmişdir.

1972-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdirinin müavini vəzifəsində çalışmışdır. 1983–1986-cı illərdə həmin institutunun aspiranturasında oxumuş, 1988-ci ildə "Sintetik neopolyolların mürəkkəb efirlərinin sintezi, onların sürtkü materiallarının əsası və komponent kimi tədqiqi" mövzusunda dissertasiya müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-cu ildən hal-hazıra kimi AMEA-nın akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir. Neft Kimya Prosesləri İnstitunun "Sintetik yağlar" laboratoriyasında baş elmi işçisi, qrup rəhbəridir.

2007-ci ildə “Tsiklik çoxatomlu spirtlərin mürəkkəb efirləri-sintetik sürtkü yağlarının əsası və komponenti kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, kimya elmləri doktoru elmi dərəcəsi almışdır.

Elmi-təşkilatı fəaliyyəti Hüseyn Qurbanov Neft-Kimya Prosesləri İnstitutunun Elmi Şurasının və Müdafiə Şurasının nəzdindəki Birləşmiş Seminarın üzvüdür. NKPİ-nin nəzdində olan Müdafiə Şurasına təqdim olunmaq üçün 10 elmlər doktoru və 60 nəfər fəlsəfə üzrə elmlər doktorlarının dissertasiyalarına rəy vermişdir. Kimya üzrə fəlsəfə elmləri doktoru dərəcəsi almaq üçün müdafiyəyə çıxarılan 10 dissertasiya işinin ikin müzakirəsinə sədrlik etmişdir. 1 nəfər kimya elmləri doktoru və 10 nəfər fəlsəfə üzrə kimya elmlər doktorlarının rəsmi opponenti olmuşdur.

Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iki nəfər dissertantın elmi rəhbəridir.

Əsas elmi nailiyyətləri H.N. Qurbanov müəllifi olduğu elmi tədqiqatların əsas elmi istiqaməti müasir və perspektiv tələblərə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir. Bunun üçün o 150-yə qədər tərkibcə yeni sinif üzvi maddələr sintez etmiş, xassələrini tədqiq etmiş və həmin yağların Moskva (ВНИИНП, в/ч 74242, ЦИАМ), Kiyev (НО "МАСМА", ВНИИПКнефтехим), Severodonetsk (СПО "АЗОТ"), Sankt-Peterburq (Neftayırma zavodu) və s. müəssisələrdə müxtəlif sınaqlarından müvəffəqiyyətlə keçirmiş və həmin yağlar yüksək temperaturadavamlı aviasiya yağları, xüsusi şəraitdə işləyən (yüksək temperaturda və təzyiq altında) kompressor yağları, hərbi məqsədli sualtı gəmilərdə xüsusi təyinatlı yağlar kimi, yuxarı temperaturadavamlı plastik yağlayıcının dispers mühiti kimi, xüsusi təyinatlı soyuducı-yağlayıcı mayelər kimi və s. tövsiyə olunmuşdur.

H.N. Qurbanov tərəfindən mürəkkəb efir tipli yağ molekullarının tərkibinə heteroatomların (N, P, S, Si) daxil edilməsilə onların heteroatomlu törəmələri sintez olunmuşdur. Bu işin aparılması ilə eyni vaxtda iki vacib məsələ həll edilmiş olur: bir tərəfdən yağlar üçün çətin problem olan aşqarların seçilməsi məsələsi həll edilir, digər tərəfdən isə yüksək keyfiyyətli, müasir standartlara cavab verən yeni yağların yaradılması ilə hazırda mövcud olan yağların çeşidinin artırılması mümkün olur.

Müəllifin apardığı elmi-tədqiqat işlərinin bir istiqaməti də sintez olunmuş efir yağlarının və onların heteroatomlu törəmələrinin digər efir yağlarına (pentaeritrit efirlərinə), neft yağlarına (M-8, M-10, M-12, T-46) əlavəsilə yüksək keyfiyyətli yeni yağ kompozisiyalarının yaradılmasından ibarətdir.

H.N.Qurbanov tərəfindən aparılan elmi tədqiqat işlərində sintez olunmuş maddələrin quruluşu ilə onların xassələri arasındakı asılılıq sistematik öyrənilmiş, bir sıra qanunauyğunluqlar aşqar edilmiş, yeni sinif sürtkü yağlarının yaradılmasının elmi əsasları işlənib hazırlanmışdır ki, bu da bu sinif yağlar haqqında əvvəlcədən proqnoz verməyə, elmi tədqiqatları məqsədyönlü və sistemli şəkildə aparılmasına imkan vermişdir.

H.N.Qurbanovun rus alimlərindən P.P.Zaskalko, E.M.Nikonorov, akademik M.İ.Tomilov, V.M.Şkolnikov, O.V.Svetkov, O.P.Parenaqo ilə birgə əməkdaşlığı öz müsbət bəhrəsini vermişdir, nəticədə yeni elmi layihələrin əsasları qoyulmuşdur. Neopoliolların mürəkkəb efirləri bazasında yaradılmış sürtkü yağlarına olan tələbatı nəzərə alaraq yağların alınmasının texnoloqiyası işlənib hazırlanmış, prosesin reqlamenti və texniki şərtləri tərtib edilmişdir. Texniki-iqtisadi göstəricilərinə görə bu yağların pentaeritrit sənaye yağlarından maya dəyərinin xeyli aşağı olduğu müəyyən olunmuşdur. СПО «АЗОТ» müəssisəsinin (Ukrayna, Severodonetsk şəhəri) sifarişi əsasında H.N.Qurbanovun hazırlandığı texnoloqiya əsasında ildə 50 min ton sürtkü yağı istehsal edən qurğu inşa edilmiş və işə salınmışdır. Nəticədə alınan sürtkü yağları xaricdən valyuta ilə alınan «Ondina» yağını əvəz etmək üçün tövsiyyə edilmişdir. Nəticədə yüksək iqtisadi səmərəlilik əldə olunmuşdur. Heteroatomlu efirlərin dizel və reaktiv yanacaqlarına 0,004% əlavəsilə onların termooksidləşmə stabilliyi xeyli yüksəlmiş, çöküntü əmələgətirmə sıfra qədər endirilmişdir. Bu efirlərin əlavəsilə yeni konservasiya mayeləri hazırlanmış və onların yüksək göstəricilərə malik olması müəyyən edilmişdir.

Müəllifin məqalələri Moskvada “Нефтехимия”, “Химия и технология топлив и масел” , “Нефтехимия и Нефтепреработка”, “Avstria Science East European Scientific Journal” jurnallarda çap olunduqdan və ingilis dilində tərcümə edildikdən sonra H.N.Qurbanovun ünvanına müxtəlif ölkələrdən: Rusiya, ABŞ, İslandiya, Yunanıstan, Hindistan, Polşa və s. əməkdaşlıq haqqında müxtəlif təklif və məktublar daxil olmuşdur.

Bu deyilənlər aparılan tədqiqat işlərinin aktuallığını, elmi səviyyəsini və praktiki əhəmiyyətini bir daha təstiq edir, onun gələcək perspektivlərindən xəbər verir.

O, 2011-ci ildə Azərbaycan Respublikası prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən kimya üzrə keçirilmiş “Müasir və perspektiv texnikanın tələblərinə cavab verən mürəkkəb efir tipli yeni sintetik sürtkü yağlarının yaradılması” mövzusu üzrə qrant müsabiqəsinin qalibi və layihə rəhbəri olmuşdur, fondun sertifikatını almışdır.

O, həmçinin 2013-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən keçirilən qrant müsabiqəsində qalib olmuş “Perspektiv taxnikanın tələbələrinə cavab verən yeni növ konservasiya materiallarının yaradılması” mövzusu üzrə qrant layihəsinin məsul icraçılarındandır. 2015-2016-cı illərdə elmin inkişafı fondu tərəfindən keçirilmiş “Müxtəlif funksional qruplar saxlayan vitsinal dikarbon turşularının və tsiklik neospirtlərin mürəkkəb efirlərinin sintezi və onların perspektiv texnikanın tələblərinə cavab verən yanacaq-sürtkü materiallarının komponenti kimi tədqiqi” mövzusunda qrant layihəsinn məsul icraçılarındandır.

2017-ci ildə H.N.Qurvanovun müəllifi olduğu “Sintetik sürtkü yağları” (quruluş və xassələri) adlı monoqrafiyası Moskva şəhərində çap olunmuşdur. 2025-сi ildə onun rəhbərliyi ilə “Tsiklik çoxatomlu neospirtlərin mürəkkəb efirləri və onların heteratomlu törəmələri ” mövzusunda monoqrafiya işıq üzü görmüşdür.

2015–2016-cı illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş "Müxtəlif funksional qruplar saxlayan vitsinal dikarbon turşularının və tsiklik neopoliolların mürəkkəb efirlərinin sintezi və onların perspektiv texnikanın tələblərinə cavab verən yanacaq-sürtkü materiallarının komponenti kimi tədqiqi" mövzusunda qrant layihəsinin məsul icraçılarındandır.

2017-ci ildə H. N. Qurbanovun müəllifi olduğu "Sintetik sürtkü yağları (quruluş və xassələri)" adlı monoqrafiyası Moskva şəhərində çap olunmuşdur.

Elmi tədqiqatları Hüseyn Qurbanov 200 çapdan çıxmış elmi əsərin o cümlədən xaricdə çap olunmuş 74 əsərin, 3 müəllifli şəhadətnaməsinin və 10 ədəd Azərbaycan milli patentinin müəllifidir. O həmçinin 2017-ci ildə Moskvanın “Научный Мир” nəşriyyatında çap olunmuş “sintetik sürtkü yağları ”monoqrafiyasının müəlliflərindəndir. 2008-ci ildə çap olunmuş “Mineral efir və alfa-olefin yağlarının iştirakı ilə müxtəlif özlülüklü baza yağları kompozisiyalarının hazırlanması” mövzusunda kitabın müəlliflərindəndir.

Aparılmış elmi tədqiqatların nəticələri 110 elmi məqalə (74-i xaricdə), 3 müəlliflik şəhadətnaməsi və 10 Azərbaycan Milli Patentində öz əksini tapmışdır. O, həmçinin 2017-ci ildə Moskvanın "Научный Мир" nəşriyyatında çap olunmuş "sintetik sürtkü yağları" monoqrafiyasının müəlliflərindəndir.

O, həmçinin 40-a qədər Respublika, beynəlxalq konfrans və simpoziumlarda neft kimya sintezi və sintetik sürtkü yağlarına həsr olunmuş məruzə ilə çıxış etmişdir.

Əsas elmi əsərləri Синтез диалканоатов 2,3(бицикло/2.2.1/гепт-5-ен) ди-метанола и исследование их в качестве смазочных масел//Нефтехимия, 2008, т.48,№ 6, с.482–485. Термоокислительная стабильность эфиров цикли-ческих многоатомных спиртов// Химия и технология топлив и масел, 2008, № 1, с.36–39. Влияние химической структуры на вязкостно-температурные и термоокислительные свойства эфиров циклических полиолов// Нефтехимия, 2008, т.48,№ 5,с. 395–400. Новые смазочные композиции на базе эфиров С5-С6 алициклических неополиолов.// " Доклады НАНА", 2012, № 4, с.27–33. Синтез и исследование в качестве смазочных масел сложных эфиров 1,2-диметилолциклогекс-4-ена.//Химия и технология топлив и масел, 2014, № 1, s.6–8. Сложные эфиры циклических диолов в качестве основы и компонента смазочных масел Esters of cyclic diols as the basis and components of synthetic lubricanting oils Научный журнал, Avstria-Science, 2017, №4, ст. 60-62. Сложные эфиры циклических полиолов-основа синтетических смазочных масел. Ester of cyclic polyols- The basis of synthestic lubricant oils. East European Scientific Journal, Polsha, 2017, №2, ст.80-85. Алкил-замещщенные сложные эфиры циклческих неополиолов качестве основы и компоненнта смазочных масел. Мир нефте продуктов 2019. №5, С 27-31. Улучшение термоокислительной характеристики дизельных топлив эфирами циклических многоатомных спиртов. Improvement of thermal oxidative characteristics of diesel fuels with esters of cyclic polyatomic alcohols. Азербайджанский химический журнал, 2020, №4, c.37-42. Neft baza yağlarına tsiklik çoxatomlu spirtlərin mürəkkəb efirlərinin əlavəsilə yeni, perspektiv yağ kompozisiyalarırının yaradılması ve tədqiqi. Creation and research of new, perspective oil compositions by adding complex esters of cyclic polyhydric alcohols to petroleum base oils. Türkiyə Kayseri USBIK natural Sciencess, 26-28 fevral, 2021 səh. 81-83. Usbik 2021 online international congress on natural sciences Синтез комплексных эфиров 1.1.1 ТМП на и исследование их в качестве высокотемпературных смазочных материалов. Процессы Нефтехимии и Нефтепереработки 2024, т.25, №2, с.419-425. Синтез комплексных эфиров 1.1.1 ТМП на и исследование их в качестве высокотемпературных смазочных материалов. Процессы Нефтехимии и Нефтепереработки 2024, т.25, №2, с.3-9. Tsiklik neopoliolların mürəkkəb efirlərinin hidrotəmizlənmiş dizel yanacağının yağlayıcı xassələrinə təsiri. Neft kimyası və neft emalı prosesləri jurnalı. B-26, №3 2025, s. 893-898. "Aliphatic esters based on 1,1,1-trimethylolpropane": yağlayıcı xüsusiyyətləri bakterisid aktivliyi və DFT study. SOCAR Proceedings journal. № 1 (2026), 119-127. Исследование сложных симметричных ефиров 1,1,1 триметилол пропана в качестве еффективных бактерисид ингибиторов Башкирский химический журнал. Т33, № 2, 2026. s-14-17

İstinadlar

Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:AMEA Neft-Kimya Prosesləri İnstitutunun alimləri