Tağı bəy Hüseynqulu bəy oğlu Səfərəlibəyov (1881–1936) — mühəndis.

Həyatı Tağı bəy Səfərəlibəyov Riqa Politexnik İnstitutunu bitirmişdi. İri neft və balıq sənayeçisi olmuşdu. ADR dönəmində Sənaye və Ticarət nazirinin müavini idi. Sovet dönəmində Azərbalığın kommersiya direktoru vəzifəsində çalışmışdı.

Tağı bəy Səfərəlibəyov 1932-ci ildə həbs olunmuşdur.

Ailəsi Tağı bəy Gülşən xanım Əlibəyova ilə ailə qurmuşdu. İsmayıl bəy, Məsud bəy adlı oğlanları, Suqra xanım, Asiya xanım və Leyla xanım adlı qızları vardı.

Fərhad Bədəlbəylinin ana babasıdır.

Həmçinin bax Səfərəlibəyovlar

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazir müavinləri Kateqoriya:Səfərəlibəyovlar