Levoça (, , ) — Slovakiyanın şərqində kiçik bir şəhər (Spiş tarixi vilyəti). Şəhər Levoçske Vrhi dağ massivinin ətəyində, Spişski Hrad qəsrinin yaxınlığında yerləşir. Əhalisi 14 min nəfərə yaxındır (2003-cü il). Şəhərin adı ilk dəfə 1249-cu ildə, macar kralı IV Belanın məktublarında qeyd edilib. Lakin buna bamayaraq, şəhərin yaşı bundan daha qədimdir və buna bir sübut kimi, mərkəzdə qorunub saxlanılan və roman üslubunda inşa edilən müqəddəs Nikolay kostyolunu misal gətirmək olar. 1241-ci ildə monqol-tatar qoşunları şəhəri tərk etdikdən sonra, buraya almanlar köçərək geniş koloniyalar yaradırlar. 1271-ci ildə Levoçanın adı artıq azad kral şəhəri və vilayət mərkəzi kimi qeyd edilir. XV əsrdən başlayaraq Levoça sürətlə inkişaf etməyə başlayaraq, Slovakiyada geniş vüsət almış protestantlığın mərkəzinə çevrilir.

Müasir zamanda Levoça çoxlu sayda memarlıq abidələri qorunub saxlanılan kiçik bir şəhərdir. 2009-cu ildə Spişski Hradla birlikdə Levoçanın orta əsr memarlıq abidələri UNESCO-nun Ümumünya irsi siyahısına daxil edilmişdi.

Əhalisi

Demoqrafiya Əhali Əhali sayı Uşaqlar (0 – 6 yaş) 1 256 Uşaqlar (7 – 15 yaş) 1 686 Yeniyetmələr (16 – 18 yaş) 601 Böyüklər (18 - 62 yaş) 9 425 Yaşlılar 62 yaşdan yuxarı 1 617

Əhalinin etnik mənsubiyyəti (2011) Əhalinin ümumi sayı % slovaklar 12 725 87,07 macarlar 10 0,10 qaraçılar 1635 11,20 rusinlər 45 0,31 almanlar 8 0,06 çexlər 48 0,33 digərləri 135 0,93

Əhalinin konfessional mənsubiyyəti Əhalinin ümumi sayı % roma-katolikləri 11691 80,04 yevangelik kilsəsi v.d. 243 1,61 yunan-katolikləri 609 4,17 pravoslavlar 135 0,93 cavab verməkdən imtina etdilər 1170 8,01 digərləri 901 6,17

Şəhər rayonları Şəhər rayonları (2011) Rayonlar üzrə əhali sayı Levočská Dolina 119 Levočské Lúky 474 Závada 72 Nový Dvor 87

Mikrorayonlar: Pri Prameni, Rozvoj, Západ I, Západ II, Sever, Pod vinicou, Hrad

Təhsil İbtidai məktəblər Základná škola Gašpara Haina Základná škola Jána Francisciho Základná škola Námestie Štefana Kluberta 10 Základná škola Levoča Gašpara Haina, pobočka Levočské Lúky Špeciálna základná škola, Ulica Fraňa Kráľa č.3 Základná škola pre nevidiacich a slabozrakých Spojená špeciálna základná škola Jána Vojtaššáka Gimnaziya və orta məktəblər Gymnázium J. Francisciho-Rimavského Gymnázium sv. Františka Assiského|Gymnázium sv. Františka Assiského - GSFA SOŠ Majstra Pavla v Levoči, Kukučínova 9 Spojená škola internátna, Nám. Št. Kluberta 1 Stredná pedagogická škola, Bottova 15 Stredná zdravotnícka škola, Kláštorská 2

İdman

Atletický klub Levoča Cross Country Levoča FK 05 Levoča HK Slovan Levoča Karate klub Levoča KS Wing Tsung Levoča KST Javorinka Levoča Lenok Levoča LK Levoča MK Slov.Orol Levoča Tenis Club 92 Levoča TJ Javorinka Levoča TJ Štart Levoča PitGym Levoča

Partnyor şəhərlər Litomişl Stary Sonç Kalvarya Zebjıdovska Lantsut Kestel

Qalereya

İstinadlar

Xarici keçidlər

Oficiálna stránka

Kateqoriya:Slovakiya şəhərləri Kateqoriya:Qalalı şəhərlər Kateqoriya:Slovakiyadakı ümumdünya irsi