thumbnail|Tito Qobbi (1973) Tito Qobbi () — İtalyan opera bariton müğənnisi.

Opera səhnəsində ilk çıxışı 1938-ci ildə Romada olmuşdur. 1942-ci ildən La Skala teatrının solistidir. 1947-ci ildən bir çox ölkənin məşhur teatrlarında (Metropoliten opera, Qrand-opera və s.) çıxış etmişdir. Dünyanın müğənnilərindən olan Qobbi geniş diapazonlu gözəl səsə malikdir. Onun ifaçılığı üçün vokal partiyaların kamilliyi, yüksək üslub duyumu, müstəsna artistlik məharəti səciyyəvidir.

Mənbə Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1979.

İstinadlar

Kateqoriya:Baritonlar Kateqoriya:XX əsr opera müğənniləri Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Viçentsa əyalətində doğulanlar