Təpəkənd () — Azərbaycanlı əhalidən ibarət olmuş kənd. Hazırda Ermənistan ərazisindədir.
Tarix Təpəkənd kəndi tarixən iki kənddən Böyük və Kiçik Təpəkənddən ibarət olub. Daha sonra kəndlər SSRİ dönəmində birləşdirilib.
Bəzi mənbələrə görə kənd tarixən Osmanlı Dövlətinin Qars vilayətinə daxil olub. Birinci Dünya müharibəsindən sonra Çar Rusiyası və Osmanlı Dövləti arasında imzalanan Qars Müqaviləsinə əsasən kənd Çar Rusiyası tərkibinə verilib.
1988-ci ildə Ermənistandan Azərbaycanlıların deportasiyası nəticəsində kənddə yaşayan bütün Azərbaycanlılar köç etmək məcburiyyətində qalıb.
2000-ci illərdə Ermənistan inzibati bölgüsü dəyişdirilib.Nəticədə tarixi Ağbaba mahalı Şirak mərzinə daxil edilib, Amasya rayonunun adı dəyişdirilməyib, lakin Təpəkənd kəndi (Berdaşen) qonşu Sultanabad (Paxakn) kəndi ilə bir inzibati kənd vahidində birləşdirilib.
Əhalisi İl 1886 1897 1926 1939 1964 1970 1979 1989 2001 2004 2010 2012 2018 Əhali 363 509 269 414 558 772 871 180 218 252 269 275 219
Şəxsiyyətləri Nəriman Rəsulov — Texniki elmlər doktoru, professor
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri