Pervıy Kanal () — 1 aprel 1995-ci ildə Moskvada fəaliyyətə başlayan televiziya kanalıdır. Sankt-Peterburqun "Pyatıy Kanal" televiziyasından sonra SSRİ-nin və Rusiyanın ikinci ən böyük telekanalıdır. Rusiya əhalisinin 98,8 %-i "Pervıy Kanalı" izləyə bilir. Baş qərargahı "Ostankino" telemərkəzinin binasında yerləşir. Ölkənin əsas telekanallarından biridir. Qardaş kanalı olan "Pervıy Kanal - Vsemirnaya Set" vasitəsilə verilişləri bütün dünyaya yayımlanır. Qazaxıstanda "Pervıy Kanal - Avrasiya", Ermənistanda "TV1", Belarusda isə "ONT" vasitəsilə yayımlanır.
"Pervıy Kanal" Rusiyada ən yaşlı televiziya sayılır. Çünki bu televiziya özünü 1951-ci ildə yaradılmış SSRİ Mərkəzi Televiziyasının davamçısı kimi təqdim edir. Lakin SSRİ Mərkəzi Televiziyasının adı 1991-ci ilin sonunda dəyişdirilərək "Ostankino" oldu. Bununla da "Pervıy Kanal Ostankino" təsis edildi. 25 yanvar 1995-ci il tarixində isə "ORT" (Общественное Российское Телевидение) () yaradıldı. Həmin ilin aprel ayının 1-də isə ilk dəfə efirə çıxdı. Bununla da "ORT" kanalı, "Ostankino" telekanalını əvəz etdi. 1 sentyabr 2002-ci il tarixində isə bugünkü adını, yəni "Pervıy Kanal" () adını aldı. Lakin telekanalın rəsmi veb səhifəsində hələ də "ORT" adı qalmaqdadır. 1 iyun 2011-ci il tarixində "16:9" geniş ekran formatlı təsvir yayımına keçmişdir.
Loqotipləri Telekanal 3 dəfə loqotipini dəyişmişdir. Hər loqotip ekranın sağ-üst küncündə olmuşdur. 1 aprel 1995 — 30 sentyabr 1995 tarixləri arasında və və 12 avqust 2005-ci il tarixindən etibarən reklam vaxtı loqotip efirdən götürülmür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya televiziya kanalları Kateqoriya:Rus dilində televiziya kanalları Kateqoriya:Rusiya film şirkətləri Kateqoriya:Moskva şirkətləri Kateqoriya:Dövlət mediası Kateqoriya:Dövlət tərəfindən maliyyələşdirilən teleradio Kateqoriya:24 saat yayımlanan xəbər televiziya kanalları