Faiq Hüsiyev (tam adı: Hüsiyev Faiq Nuruş oğlu; ) — Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009–2015); F. N. Hüsiyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilməsi haqqında — e-qanun.az Teleradio Akademiyasının rektoru (2015–2021); AZTV Analitik qrupun rəhbəri (2021 h/h).

Həyatı Faiq Hüsiyev 7 noyabr 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 30 saylı orta məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991–1997-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.

1993–1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd" mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997–1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika" redaksiyasında redaktor vəzifəsində, 1998–2005-ci illərdə "Beynəlxalq proqramlar" redaksiyasında böyük redaktor vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları" departamentinin rəisi vəzifəsində işləyib. 2007–2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları" studiyasının direktoru olub.

4 Noyabr,2008-ci il "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.

2015–2021-ci illər ərzində Televiziya və Radio Akademiyasının Rektoru olmuşdur. Hal hazırda Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Analitik qrupun rəhbəridir.

Filologiya üzrə fəlsəfə doktorudur. Rus və alman dillərində sərbəst, ingilis dilində orta danışır. 300-ə yaxın televiziya verilişinin, 10-a yaxın sənədli filmin müəllifidir.

Ailəlidir. Bir qızı və iki oğlu var.

Fotolar

İstinadlar

Xarici keçidlər Faiq Nuruş oğlu Hüsiyev — AzTV-nin saytında Əməkdar jurnalist Faiq Hüsiyevin "1988-ci il" kitabı çapdan çıxıb Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Sumqayıtda doğulanlar Kateqoriya:Azərbaycan universitetlərinin rektorları Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları