Neysbi döyüşü (Naseby), Nezbi, Nesbi, İngiltərədə vətəndaş müharibəsinin gedişində (Northemptonşir qraflıqı) Neysbi kəndinin yaxınlığında 1645-ci il iyunun 14-də baş verən tarixi döyüş. Döyüş 1642-1646-cı illər 1-ci vətəndaş müharibəsi vaxtı, parlament ordusu (14 min, onlardan 6,5 min süvari; komandan T. Ferfaks) ilə I Karlın qoşunları (7,5 min, onlardan 4 min süvari) arasında döyüş baş verib. Parlament ordusunun qələbə qazanmasında həlledici rolu, kral kavaleriyasını dağıdan, sonra isə kral piyadalrının cinahına və arxasına zərbə endirən, Oliver Kromvelin süvariləri oynayıb.

Mənbə Советская военная энциклопедия. Москва, 1980, Военное издательство министерства обороны СССР T. 5 səh. 568

Kateqoriya:İngiltərə tarixi Kateqoriya:1645-ci ildə hərb tarixi Kateqoriya:1645-ci ildəki hadisələr