Yaramaz qızlar () — 2004-cü il amerikan komediya filmi. Filmin rejissoru Mark Uotersdir; o əvvəllər də Lindsi Lohanla birgə "Dəli cümə günü" filminin çəkilişlərində iştirak etmişdi. Filmin Teqlaynı: "Ehtiyatlı ol! Onlar Sənin arxandadırlar!".

Məzmun Keydi Hiron (Lindsi Lohan), zooloq ailəsinin 16 yaşlı qızı, Afrikadan köçərək Amerikaya gəlir. O Evastondakı (İllinoys ştatı) Nort-Şort dövlət orta məktəbində özünün birinci tədris gününə hələ hazır deyil. Cəmiyyətdən qovulmuş Cennis (Lizzi Kaplan) və Demienin köməyi ilə Keydi məktəbin bir-birindən fərqli kompaniyaları haqqda öyrənir. Cennis xəbərdarlıq edir ki, məktəbin 3 ən populyar qızlarından uzaq gəzmək lazımdır, xüsusən də bu qızların başçısı və çox pis dili olan Recina Corcdan (Reyçel Makadams) eytiyatlı olmaq lazımdır. Bu qızlar özlərini "Baunti" adlandırırlar. Recina bir zaman Cennisin ən yaxın rəfiqəsi idi. Lakin 8-ci sinifdə oxuyarkən onlar artıq bir-birinə nifrət edirdilər, çünki o vaxt Recina hamıya yaydı ki, guya Cennis lezbiyandır. Buna baxmayaraq, "Baunti"lər Keydini öz komandasına götürməyə qərar verdilər və dərsdən sonra onlarla birgə şəhərdə gəzişməyi təklif etdilər. Keydinin Recinanın komandasına qəbul olduğunu öyrənən Cennis yeni intiqam planı hazırladı və bu planla Recinanın onu uzun müddət ərzində alçaltmasına və Keydini bu işdə bir oyuncaq kimi istifadə etməsinə son qoymağa qərar verdi.

Keydi Cennisin planı üzrə "Baunti" qızların rəğbətini və simpatiyasını qazanmağa çalışır və bu yolla Recinanın tam məxfi kitabı haqqda öyrənir. Bu kitabda məktəbdə oxuyan qızların (və müəllimlərin) ünvanına deyilən bütün pis şaiyələr, sirlər və qeybətlər yazılıb. Çox keçmədən Keydi Recinanın keçmiş-boyfriendi Aaron Semüelsə (Conatan Bennett) aşiq olur, amma Helloven bayramında Recina peşakarcasına Aaronu yenidən özünə bağlaya bilir. Recinaya nifrət edən Keydi Cenisin təklifini qəbul edir: onlar Recinanın populyarlığını yox dərəcəsinə salmaq üçün plan hazırlayırlar. Onlar Recinanı eybəcər etməyi, Aaronla ayırmağı, rəfiqələri ilə — varlı və sadiq Qrethen Vinners və gözəl, amma bir az səfeh Karen Smitlə (Amanda Seyfrid) əlaqələrini korlamağı qərara alırlar. Bundan sonra Keydi Aaronun diqqətini cəlb etmək məqsədilə yalandan riyaziyyatdan heç nə anlamadığını göstərir. O həmçinin Aarona Recinanın ona xəyanət etdiyini deyir və bundan sonra Aaron onunla ayrılır. Keydi həmçinin Recinanı yüksək kalorili qidalandırıcı baton yeməyə inandırır və bu batonların arıqlamağa kömək edəcəyini deyir.

Ancaq Keydi getdikcə öz individuallığını itirərək Recinanın remeykinə çevrilir. O da qəzəbli və bütün günü öz görünüşü haqqda düşünən "barbi" qıza çevrilir. Həddindən artıq kökəlmiş Recinanı "Baunti" qızlar qovur və Keydi kompaniyanın yeni liderinə çevrilir. "Tacqoyulma" şərəfinə düzənlənmiş partidə Keydi öz yeni rəfiqələri ilə vaxtını keçirir, Cennis və Demieni isə ora çağırmır; buna görə də onlar dalaşırlar. Parti zamanı Keydi həm də Aaronla dalaşır — Aaron Keydinin artıq ikinci Recinaya çevrildiyini deyir.

Recina "arıqladıcı" batonlar və Keydi ilə Aaron arasında olan əlaqələr haqqda həqiqəti öyrənir. Recina cavab olaraq intiqam alır. O özünün sirli kitabının içində olan bütün məlumatı məktəblə bir edərək, qızlar arasında yaranan dava-dalaşı sakitcə seyr edir.

Özünə olabiləcək şübhələrin qarşısını almaq və günahların hamısını Keydi, Qrethen və Karen üzərində olması üçün, Recina o kitaba öz adını da yazır. Konflikt sonda direktor Ron Düval tərəfinən həll edilir. Riyaziyyat müəllimi miss Norberi (onun haqqında narkotik alış-verişi barədə böhtan yazılmışdı) qızlara anladır ki, bütün bu situasiyada yalnız onlar özləri günahkardılar. O dərsdən sonra idman zalında bütün qızları yığaraq, onların bir-birindən üzr istəməsini xahiş etdi. Cennis Recinaya planlaşdırdığı intiqamı etiraf edir və bütün qızların dəstəyi ilə onu lağa qoyur. Recina tələsik məktəbdən bayıra çıxır, Keydi isə onunla barışmaq istəyi ilə onun dalınca qaçır. Həyətdə Recina Keydini təhqir edir və əsəbi vəziyyətdə olduğundan yaxınlıqdan keçən məktəb avtobusunu görmür; o avtobusun altında qalaraq onurğa nahiyyəsindən xəsarət alır. Bəziləri hesab edirlər ki, Recinanı məhz Keydi avtobus altına atmışdı.

Valideynlərinin və dostlarının inamını itirən, sinif yoldaşları, xüsusən də Aaron tərəfindən rədd edilən Keydi yenidən əvvləki kimi olacağını qərara alır. O, özünün əvvəlki şəxsiyyətinə qayıdır. Miss Norberi tərəfindən bir cəza olaraq Keydi yenidən Riyliqaya qayıdır və bununla "Baunti"lər də öz statusunu itirir. Riyaziyyat üzrə Olimpiadada Keydinin rəqibi çirkin qız olur, lakin tezliklə Keydi anlayır ki, onun rəqibi nə qədər çirkin olsa da, bu onu məğlubiyyətdən xilas etməyəcək. Turnirdə Keydi qalib qəlir və məktəbə geri dönür.

Məktəb rəqslərində Keydini Balın Kraliçası elan edirlər. Keydi öz sinfi qarşısında çıxış edərək, onun qalibiyyətinin heç bir məna ifadə etmədiyini və bu balda iştirak edən hər bir qızın kraliça kimi gördüyünü deyir. Simvolik jest olaraq Keydi ona verilən tacı sındıraraq, hissələrini bütün qızlara verir. Keydi, Cenis, Demien, Aaron və "Baunti" qızlar ilə yenidən barışır.

"Baunti" yeni üzvlərlə yenidən formalaşır. Recina öz emosiyaların və neqativ enerjisini lazımi istiqamətə yönəltmək məqsədilə lakross komandasına üzv seçilir. Karen hava proqnozunun aparıcısı olur. Qrethen asiyalı qızlara qoşulur və onların başçısına çevrilir. Keydi isə Aaronla yenidən görüşməyə başlayır. Cennis Riyliqanın kapitanı Kevin Qnapur ilə görüşməyə başlayır.

Personajlar Keydi Hiron — filmdə baş protaqonist. 16 yaşına kimi naturalist-valideynləri ilə birqə Afrikada yaşayıb. Məktəbdə onun ilk (sonradan isə ən yaxşı) dostları Cennis və Demien olur. Sonralar o həm də "Baunti"lərlə tanış olur və Cenisin planı üzrə Keydi onların qrupuna daxil olur. Əvvəlcə Recinaya heyran olan Keydi, sonradan ona nifrət edir, çünki parti zamanı o Aaronu öpür. Xeyirxah və sadəlövh olmasına baxmayaraq, o bir anda "əsl yaramaz qıza" çevrilə bilər.

Recina Corc — filmin baş antaqonist qəhrəmanı. Məktəbdə ən populyar qız, "Pətəklər kraliçası" statusun qalibi, "Baunti" qrupunun lideridir. Onun əsas kompromatı — içində məktəbdə oxuyan qızların sirləri ilə dolu albom şəklində kitabdır. Hər şeyi hesablayan, lakin tez özündən çıxandır. İnsanlarla peşəkarcasına manipulyasiya edə bilir.

Karen Smit — Recinanın rəfiqəsi, "Baunti" qrupu içərisində ən səfeyidir. Hesab edir ki, döşləri ilə havanı proqnozlaşdırma istedadına malikdir. Yaramaz qızlar qrupunun üzvü olmasına baxmayaraq, o mehriban, xoşxasiyyətli qızdır və sədaqətli dostdur.

Qrethen Vinners — Recinanın rəfiqəsi. Hər şeydən tez küsən və şəxsi rəyə və fikrə malik olmayan biridir, həmçinin Recina ilə dostluqdan həddindən artıq aslıdır. Dəfələrlə təsadüfən Keydiyə Recinanın şəxsi sirləri haqqda ağzından qaçırmışdı və sonra günahkarcasına heç kimə bu barədə danışmamağı xahiş etmişdi.

Cenis İen — Keydi və Demienin ən yaxın dostudur. Məktəb cəmiyyətindən qovulmuşdu. Məhz o "Baunti" qrupu ilə birləşməyə Keydini sövq etdi, çünki bu qrupun lideri Recina, Cenisin lezbiyan olduğunu bütün məktəbə yaymışdı. Parlaq və epatajlıdır.

Demien — Keydi və Cenisin ən yaxın dostudur və Cenis kimi məktəb cəmiyyətindən qovulmuşdu. Homoseksualdır, lakin bunu digərlərindən gizlətməyi düşünmür. Optimistdir və yaxşı yumor bacarığına malikdir.

Aaron Semüels — məktəb idman komandasının kapitanı, çox cazibədardır. Keydinin simpatiya obyekti, Recinanın isə eks-boyfriendidir.

Kevin Qnapur — riyaziyyat komandasının kapitanı. Keydini həmişə "Afrika" deyərək çağırır. Filmin sonunda Cenisə aşiq olur. Sevimli musiqi janrı repdir.

Trenk Pak — koreyalı qız. İdman məşqçisi ilə görüşür.

Sun Cin Din — koreyalı qız, Trenk Pakın rəfiqəsi. O da idman məşqçisi ilə görüşür, elə buna görə onlar sonda dalaşırlar.

Teylor Vendel — Ceyson uğrunda Qrethenin rəqibi. Sərt və tələbkar anası var.

Şeyn Oman — Recinanın boyfriendi.

Ceyson — Qrethenin boyfriendi, daim ona xəyanət edir.

Şeron Norberi — riyaziyyat müəllimi. Boşanıb, məhkəmə xərclərini ödəmək üçün 3 yerdə işləyir.

Ron Düval — məktəbin direktoru, gipslənmiş əli ilə gəzir. Miss Norberiyə aşiqdir.

Cessika Lopez —əlil, həmişə arabada gəzir.

Missis Corc — Recinanın anası. Özünü yeniyetmə kimi aparır və qızını çox ərköyün böyüdür.

Kerolin Kraft — botan-qız, Riyliqanın sonuncu raundunda Keydinin rəqibi idi. Dəhşətli geyim-kecimi var.

Rollarda

Aktyor Rol Lindsi Lohan Keydi Hiron Reyçel Makadams Recina Corc Amanda Seyfrid Karen Smit Leysi Çebert Qrethen Vinners Tim Medouz Ron Düval (direktor) Deniel Frantsese Demien (Keydi və Cennisin ən yaxın dostu) Nil Flinn Keydinin atası Conatan Bennett Aaron Semüels Tina Fey Miss Norberi (riyaziyyat müəllimi) Lizzi Kaplan Cennis İen (Keydi və Demienin ən yaxın dostu) Emi Poler Missis Corc (Recinanın anası)

İstehsalı İnkişaf Tina Fey Rozalind Vaysmanın "Queen Bees and Wannabes" romanını oxuduqdan dərhal sonra onu çox maraqlı və gülməli adlandırdı və prodüser Lorn Mayklzla birgə romanın əsasında gözəl bir filmin çəkilişlərinə başlayacaqlarına qərar verdilər. Mayklz Paramount Pictures ilə əlaqə saxlayaraq kitabın müəllif hüquqlarını əldə edə bildi. Bundan sonra Tina ssenari yazılışlarına razı oldu. Tina romanda bir sıra süjet xətlərinin olmadığı qeyd edərək, məktəbdə oxuyarkən rastlaşdığı hadisələri və öz təxəyyülün köməyi ilə (xüsusən də cəmiyyətdən uzaqlaşdırılmış Cenis İen personajı qismində) filmin ssenarisinə əlavə etdi. Real Cenis İen Saturday Night Live epizodun çəkilişlərinə gələn ilk musiqili qonaq idi. Onun o zaman 17 yaşı var idi, o bir neçə mahnı ifa etdi və filmə diqqətlə baxsaq, fon rejimində onun mahnılarını eşitmək olar. Həmçinin filmdə Kaplanı davamlı sürətdə lesbiyan adlandırırlar və əslində Cenis İen personajı doğrudan da lesbiyandır.

Aktyor seçimi Lindsi Lohan əvvləcə Recina Corc rolunu oynamalı idi. Lakin Lindsi hiss edirdi ki, o daha çox Keydi rolu üçün uyğundur. Çünki Recina rolu onun reputasiyasına xələl gətirə bilərdi. Keydi "Yaramaz qızlar" içərisində ortancıl mövqe tutur, bu da Lindsinin baş rolda çəkilməsinə imkan verdi. Reyçel Makadams Recina rolunu götürdü və Tinanın qeyd etdiyi kimi, "qəzəbli və enerjili" bir qadın rolunu Reyçel çox məharətlə oynadı. Amanda Seyfrid də Recina rolu üçün mübarizə aparırdı, lakin sonda o Karen rolunu götürdü.

Çəkiliş Filmin süjetində Evaston şəhəri (İllinoys ştatı) göstərilsədə, əslində filmin çəkilişləri Toronto, Ontarioda yerləşən Etobicoke Collegiate Institute və Malvern Collegiate Institute'da, həmçinin Nyu-Cersinin Montclair High School. və Sherway Gardens'də baş tutmuşdu.

Qəbulu Gəlirləri İlk uik-enddə film ABŞ-nin 2839 kinoteatrlarında efirə verilmişdi və ümumi gəliri 24 432 195 $ təşkil etmişdi. Film prokatlarda satış miqdarına görə №1 film elan edilmişdi. Bu Lohanın ən yaxşı kinodebyutu idi. Tezliklə film beynəlxalq miqyasda 42 984 816, dünya üzrə isə 129 042 871 $ qəlir əldə etmişdi.

Tənqidçilərin mövqeyi Film kinotənqidçilər tərəfindən əsasən müsbət rəy qazanmışdı. Rotten Tomatoes web saytında keçirilmiş 163 təhlilçi arasında keçirilmiş səsvermə nəticəsində, filmə 83% freş reytinq, Metacritic isə 39 iştirakçının dəyərləndirməsi əsasında ("Ümumi müsbət rəylər ilə") 66%-li reytinq vermişdi.

Mükafat və Nominasiyalar Film 2004-2005-ci illərdə aşağıdakı mükafat və nominasiyalarla təltif edilmişdi.