Alan Ritçson (, 28 noyabr 1982-cü ildə anadan olmuşdu) — amerikalı aktyor, model və müğənni. Ən çox «Smolvil» serialında Akvamen və «Real oğlanlar» serialında Ted Kasl rolları ilə məşhurdur. Bioqrafiya Ritçson Qrand Forksda (Şimali Dakota ştatı) anadan olub. Atasının adı Devid (təqaüddə olan Amerika Hava Qüvvələrin Çavuşu), anasının isə Vikidir. Alan üç qardaşdan ortancılıdır; böyük qardaşının adı Erik, kiçiyinin isə adı Brayandır. Alan hələ uşaq olarkən, onun ailəsi Çampayn şəhərinə (İllinoys ştatı), 10 yaşı olarkən isə Naysvillə (Florida ştatı) köçdülər. Alanın model həyatı Naysvil orta məktəbində oxuyarkən başladı. O «Abercrombie and Fitch» reklam kataloqlarında, həmçinin International Jock alt paltarı brendinin reklamında çəkilmişdi. Alanın boyu 1.88 sm-ə bərabərdir. O Hollivudda yerləşən Extreme Boot Camp West adlı hərbi üslubunda fəaliyyət göstərən fitness mərkəzinin sahibidir.
Karyera 2008-ci ildə Alan Los Ancelesin «Vision Model Management» agentliyi ilə kontrakt bağlamışdı və bundan sonra N2N Bodywear firmasında çalışmağa başlamışdı. Lakin artıq 2009-cu ilin əvvəllərində onun «Abercrombie and Fitch» ilə model karyerası bitmişdi.
Həmçinin Ritçson American Idol'un çəkilişlərində iştirak etmişdi və orada 3-cü mövsümün ən yaxşı iştirakçıları sırasında 87-ci pozisiyanı tutmuşdu. Alan striptiz göstərdikdən sonra şounun jürisi Pola Abdulun rəğbətini qazanmışdı. Onun televiziya aktyor sənəti Smolvil serialında Akvamen epizodik rolu ilə məşhurlaşmışdı. Həmçinin Alan Smollvilin 10-cu final epizodunda çəkilmişdi. Digər işləri Alanın iştirak etdiyi digər proektlər içərisində Rusiyada Orbit saqqızının reklamında çəkilməsi və 2005-ci ildə This is Next Time adlı müstəqil albomun buraxılışı idi.
Filmoqrafiya Kino
Kino İl Ad Orijinalda Rol Qeyd 2006 Qəssab The Butcher Mark 2007 Buxarlı hamam Steam Roy 2008 Reks Rex Çeyz 2008 Ədalət Liqası: Yeni Üfüqlər Justice League: The New Frontier Akvamen səsləndirmə, video ilə eynianda 2009 Bu yayı işıqlandır! Fired Up! Bryus 2010 83-cü ilin yaz tətilləri Spring Break '83 Bred 2013 Aclıq oyunları The Hunger Games: Catching Fire İşıqsaçan 2014 Nindza-tısbağalar Teenage Mutant Ninja Turtles Rafael
Televiziya
Televiziya İl Ad Orijinalda Rol Qeyd 2005—2010 Smolvil (serial, 2001) Smallville Artur Karri/Akvamen 4 epizod 2006 Baxmayaraq ki, mənimlə heç kim getmir Though None Go With Me Hərbçi televiziya filmi 2007 Ağır hadisə Head Cases 1 epizod 2009 Lənətlənmiş sular Midnight Bayou Luçian Mane televiziya filmi 2010 CSI: Mayami CSI: Miami Pol Arnett 1 epizod 2010-2012 Real oğlanlar Blue Mountain State Ted Kasl 39 epizod 2011 90210: Yeni nəsil 90210 Tripp 1 epizod 2012 Fred şousu Fred: The Show Ölü inək 1 epizod 2013 Hawaii 5.0 Hawaii Five-0 Freddi Hart 1 epizod 2012 Super əyləncəli axşam Super Fun Night Ceyson 1 epizod Diskoqrafiya
This Is Next Time (2006):
Share Guppy Invisible Things Eternity This Time Love*3 Poison Take Me Away Bad Girl Foolish Me Let's Go All I Need Never Met Take Me Away (Acoustic)
Web links
İstinadlar
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:ABŞ xristianları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar