Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu.
Həyatı Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib.
Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
İstinadlar
Xarici keçidlər Asif Mirili
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Simurq PFK futbolçuları