"Amerikan ata!" () — «Anderdoq» (Underdog Productions) və «Fazzi Dor» (Fuzzy Door Productions) studiyaların istehsalı və 20th Century Foxun sifarişi olan komediya janrında amerikan cizgi serialı. Tərtib üzrə işlər «Qriffinlərin» yaradıcısı Set Makfarleyn tərəfindən işlənib hazırlanmışdı.
Məzmun Amerikan ata! multserialı tipik amerikan ailəsinin həyatından bəhz edir. Əsas süjet xətti 4 insan, bir yadplanetlini və danışan qızıl balığı birləşdirən Smit ailəsi ətrafında cərəyan edir. Cənubi Park və Simpsonlara analoji olaraq, multserialda əsasən din, siyasət, pop-mədəniyyət və cəmiyyətdə baş verən digər əhəmiyyətli hadisələri də nümayiş etdirilir. Serialda tez-tez "lağ" və tipik amerikan yumoru göstərilir. Məsələn «Pilot» epizodunda Tanrı ABŞ prezidenti Corc Buşa zəng edərək, ondan bir şey xahiş etmək istəyir. Lakin elə o anda Tanrıya daha bir zəng gəlir; bu dəfə ABŞ vitse-prezidenti Riçard Çeynidən.«American Dad»: Dysfunctional Comedy (The Washington Post)
ABŞda serialın ilk pilot buraxılışı 6 fevral 2005-ci ildə Fox telekanalında baş tutmuşdu. 1 may 2005-ci ildən isə «Qriffinlər» multserialın premyerası ilə parallel olaraq Amerikan ata müntəzəm olaraq efirdə yayımlanmağa başladı.
Personajlar Sten SmitSten Smit ailə başçısıdır. O 1980-ci ildən bəri MKİndə «silah üzrə ekspert» vəzifəsində çalışır, o terror təhlükəsindən qorunmaq üçün daimi döyüş hazırlığındadır. İkinci mövsümün birinci seriyasından başlayaraq Müavinin köməkçisi peşəsinə iddia edir. Lakin onun ilərləməsi haqqda rəsmi bildiriş seyirciyə verilməmişdi. O vaxtdan onun əsas işi potensial terroristləri dindirməkdən ibarət idi. O tez-tez özünü idarə edə bilmir və eyni anda həm paranoik, həm də müdafiyəçiyə çevrilir. Onun soyudusunda terror təhlükəsini göstərən rəngli cihaz var; onun tosteri qızardılmış çörəkləri verən zaman, Sten sadəcə olaraq tosteri gülləliyə bilər. Özünün artıq yaşına baxmayaraq Sten əla fiziki formadadır, bu da ona Ceyms Bond kimi gəzməyə imkan verir. O istəsə öz sərsəm şəxsi anlayışı ilə insan oğurluğu, narkotik alveri və ya elektroşokla insanı vurmaqla məşğul ola bilər. Bu həmçinin onun ailə üzvlərinə də aiddir. Belə ki, «Pilot» adlı epizodda, Stiv görüşə heç bir qızı çağıra bilmədiyi üçün, Sten amerikalı aktrisa Hillari Daffı oğurlayır. Stenin kumiri Ronald Reyqandır. O tez-tez onun çıxışlarında sitat gətirir, o hətta Reyqanın dövründə yaşamış iti də evə gətirir. O beynəlxalq hadisələr haqqda heç anlayışa malik deyil. Onun avtomobili Ford Ekspedişndır. Fransin SmitGözəl və sevimli, tipik amerikan evdar qadını və Sten Smitin həyat yoldaşı. O şəxsi mövqeyinə malikdir, lakin bunu o öz-özünə ünvanlayır, çünki əri kəskin konservativ fikirlərlə yaşayır. Onun demək olar ki, dostları yoxdur, elə karyerası kimi. Sten isə onun qonşularını həmişə qorxudur. Əvvəllər, 1980-ci ildə, onun boyfriendləri arasında Adam Anton, Billi Gibbonz (ZZ Top qrupunun üzvü), və «Dexy’s Midnight Runners» vardı. O daha çox öz qızı Heyliyə simpatiya edir, oğlu Stivi isə "atası kimi əzbərçi" olduğunu hesab edir. Ev işləri - onun bütün həyatıdır; lakin zaman-zaman o daha ciddi işlərlə məşğul olmağa məcbur olur. Fransin natural sarışın deyil - əslində onun saçları daha tünd rəngdədir. Bir dəfə o ticarət mərkəzində yerləşən kioskda keks satan zaman, ekstremist-hippilər oranı partlatmışdılar. Sten və Fransinin iki yeniyetmə uşağı var: Heyli SmitSten və Fransinin ultraliberal qızı. Onun dünya görüşləri atasının xoşuna gəlmir və o ona inanmır. Onun 18 yaşı var, o yerli munisipial kollecdə təhsil alır. O özünün boyfriendi Ceff Fişerlə birgə tez-tez marixuana çəkirlər, həmçinin birgə turizm və sadomazoxizmlə maraqlanırlar. Onlar hər ikisi vegeteriandır. Heyli zorakılığı qəti surətdə gəbul etmir və Ceffə çox etibar edir. Oliver Notun qızılları haqqda serialda məlum olur ki, əslində Heylinin ikinci adı Oblaminqodur. Çünki öz həyata gəlməsi ilə atasına Oliver Notun qızıllarını axtarmaqda mane olmuşdu. Stiv SmitHəddinnən artıq kitab oxumuş oğlan, Heylinin qardaşı, Fransin və Stenin oğlu. Yadplanetli Rocer onun ən yaxın dostudur. Cəmiyyətdə öz sosial statusunu artırmaq üşün Stiv əlindən gələni edir ki, hansısa bir qızı görüşə çağırsın - və həm də o seks haqqında çox az biliklərə malikdir. Birinci epizodlarda o səs-küylü və kəskin idi, sonrakı epizodlarda isə - özündənrazı və ağıllı. Stiv həmişə özünün ən yaxın dostları ilə Dungeons & Dragons oyunu oynayır. Onun 14 yaşı var və o Con Tolkinin «Elvish» dilini öyrənir. Əslində Stiv, yeniyetmə yaşında olan və keçid dövrünə xas bütün problemləri olan bir oğlandır. Stivin atası arzu edir ki, oğlu onun dabanları ilə gedərək "atasının işlərini davam etdirsin" və buna görə də tez-tez oğlunun dost dairəsini tənqid edir. Atasının fikrincə, Stivdə hər şey yaxşı olmalıdır. Elə buna görə də Stiv həyatında baş verən bəzi uğursuzluqları atasına anlatmaqda çətinlik çəkir. Smit ailəsindən başqa serialda daha üç baş qəhrəman da cərəyan edir: RocerKimsəsiz, tutqun bir yadplanetli. Rocer bir zaman «Anqar 51» adlı sirli yerdə (ABŞda sirli Zona 51 adlı yer haqqda bak mövcuddur: orada hərbçilər yadplanetləri, naməlum uçan obyektləri araşdırırlar) Stenin həyatını xilas etmişdi. Vaxtının çoxunu Rocer çardaqda televizora baxmaqla, siqaret çəkməklə, araq və viski içməklə keçirir. Rocer serial və televiziya proqramlarını seyr etməkdən çox xoşu gəlir. O daim özünə yeni obrazlar fikirləşir. Məsələn o aktyorluq məktəbində müəllim, psixoloq, detektiv, limuzin sürücüsü və digər peşələrdə çalışıb. Homoseksualizmə meyllidir («Jenny Fromdabloc» 616 seriyada o Cenni adında qız olur və Stivin dostu Şmuleylə cinsi əlaqəyə girir). Klaus HaysslerMərkəzi Kəşfiyyat İdarəsinin apardığı təcrübələrin nəticəsidir. Şərgi Almaniyalı idmançının beynini qızıl balığın bədəninə köçürürlər. Bu yalnız onun üçün edilmişdir ki, yarışmada kommunist ölkəsi qalib gəlməsin. Klausu sadizm meylli "pozğun balıq" adlandırılır (onun tez-tez işlətdiyi söz «I’m German!» - Mən almanam!). O Fransinə sataşmağı sevir. Klaus yaşadığı akvarium suyunun keyfiyyətinə çox dözümlüdür. Sadə balıqlar su kranından doldurulan akvariumda ölürlər, lakin Klaus əksinə, o hətta paltaryuyan maşında, kofe termosunda yaşaya bilir. Klausun beyni 1986-cı ildə keçirilən Qış Olimpiya oyunlarında köçürülmüşdü (əslində bu oyunlar keçirilməyib). Klausun səsi slovak aktyoru Piter Lorreyə bənzədilib. "Amerikan ata!" serialın almandilli versiyasında, Klaus sakson dialektində danışır, bu Şərgi Almaniyada yaşayanlar üçün tipik dialekt formasıdır. Klausun obrazı ADR-in Dövlət Təhlükəsizlik Nazirliyi, yəni Ştazini xatırladır. Ceff FişerHeylinin narkoman dostu. Heyli onu birinci mövsümdə atmışdı, çünki o hər şeylə razılaşır. Sonradan Sten ona özünün necə qorumağı öyrədir - döyərək, diri-diri yerə basdıraraq və bədənə tok buraxaraq. Bundan sonra Ceff və Heyli yenidən görüşməyə başladılar. 6-cı mövsümün 1 epizodunda Ceff və Heyli evlənirlər, həmin mövsümün 6-cı epizodunda isə Ceff Smitlərin evinə köçür.
Serial epizodları
Mövsüm Vaxt intervalı (ET) # Epizod Premyera Bitmiş TV Mövsüm Sıra və dərəcə Seyircilər(milion sayda) Tarix Seyircilər premyerası(milion sayda) Tarix Final seyircilər(milion sayda) 1 Bazar 9:30 s. 236 Fevral, 2005 15.1014 May, 2006 6.86 2005–2006 #85 7.1 2 Bazar 8:30 s. 1910 Sentyabr, 2006 8.9320 May, 2007 7.62 2006–2007 #79 7.6 3 Bazar 9:30 s. 1630 Sentyabr, 2007 6.0718 May, 2008 5.64 2007–2008 #105 6.6 4 2028 Sentyabr, 2008 6.8917 May, 2009 5.64 2008–2009 #96 5.5 5 1827 Sentyabr, 2009 7.1216 May, 2010 5.82 2009–2010 #84 5.9 6 Bazar 9:30 s.Bazar 7:30 s. 193 Oktyabr, 2010 6.1622 May, 2011 3.57 2010–2011 #111 4.07 7 Bazar 9:30 s. 1825 Sentyabr, 2011 5.8313 May, 2012 4.13 2011–2012 #110 5.47 8 1930 Sentyabr, 2012 5.2512 May, 2013 4.01 2012–2013 #84 5.24 9 TBD29 Sentyabr, 2013 TBDYaz 2014 TBD 2013–2014TBD TBD
Giriş mahnı
Sabahın xeyir, ABŞ! Bax, günəş sən və mənə birgə gülümsəyir Sənə amerikan xalqı salam göndərir, Ümidvaram ki, bizi heyranedici gün gözləyir!
Belə ki, mənimlə birgə oxuyun… Ölkə, oyan və oxu!
Rolları səsləndirənlər Set Makfarleyn Sten Smiti (ata/həyat yoldaşı) və Roceri (yadplanetli) səsləndirib Wendy Schaal Fransin Smiti (arvad/ana) səsləndirib Scott Grimes Stiv Smiti (Sten və Fransinin oğlu) səsləndirib Reyçel Makfarleyn (Set Makfarleynin bacısı) Heyli Smiti (Sten və Fransinin qızı) səsləndirib Dee Bradley Baker Klaus Hayssler (Smit ailəsində yaşayan qızıl balıq cildində olan və danışa bilən adam) Ceff Fişer Ceff Fişeri (Heylinin boyfriendi) səsləndirib Rəsmi beynəlxalq dublyaj
Almanca: Detlef Bierstedt (Sten), Silvia Mißbach (Fransin), Anja Stadlober (Heyli), Hannes Maurer (Stiv), Michael Iwannek (Rocer), Andreas Müller (Klaus).
İspanca: Gabriel Jiménez (Sten), Ana Ángeles García (Fransin), Amparo Bravo (Heyli), Pablo Tribaldos (Stiv), Eduardo Gutiérrez (Rocer).
İtalyanca: Pino Insegno (Sten), Claudia Razzi (Fransin), Antonella Baldini (Heyli), Paolo Vivio (Stiv), Franco Mannella (Rocer), Roberto Stocchi (Klaus).
Rusca: «Milli Televiziya Sindikatının» dublyajı: Vladimir Antonik (Sten, Klaus), Yelena Çebaturkina (Fransin, Heyli), Diomid Vinoqradov (Stiv, Rocer).
150x150px 150x150px 150x150px|upright 150x150px 150x150px|upright Set Makfarleyn Vendi Şaal Skott Qrims Reyçel Makfarleyn (Set Makfarleynin bacısı) Di Bredli Beyker Ceff Fişer Sten Smit, Rocer Fransin Smit Stiv Smit Heyli Smit Klaus Hayssler Ceff Fişer
Beynəlxalq yayım Ölkə Televiziya kanalı Dil MTV Almaniya Almanca Seven Network, FOX8 İngiliscə Global İngiliscə FOX İngiliscə Canal+, NRJ 12 Fransızca və İngiliscə FX İspanca, İngiliscə BeTV Fransızca Neox İspanca
Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya Resipient və nominasiya Nəticə2005 Teen Choice Awards Choice Summer Series American Dad! Teen Choice Awards Choice V-Cast American Dad! 2006 Golden Reel Award Best Sound Editing in Television Animated American Dad! for episode "Homeland Insecurity" (1.6) Teen Choice Awards Choice TV: Animated Show American Dad! 2007 Annie Awards Best Writing in an Animated Television Production Dan Vebber for episode "The American Dad After School Special" (2.2) GLAAD Media Award Outstanding Individual Episode For episode "Lincoln Lover" (2.4) Golden Reel Award Best Sound Editing in Television Animated American Dad! for episode "Dungeon and Wagons" (2.5) 2008 Teen Choice Award Choice TV: Animated Show American Dad! 2009 Prism Award Comedy Episode For episode "Spring Break-Up" (3.16) Primetime Emmy Awards Outstanding Animated Program American Dad! for episode "1600 Candles" (4.1) Teen Choice Awards Choice TV: Animated Show American Dad! 2010 Annie Awards Directing in a Television Production Pam Cooke and Jansen Lee for episode "Brains, Brains & Automobiles" (5.4) Artios Outstanding Achievement in Casting Linda Lamontagne Teen Choice Awards Choice TV: Animated Show American Dad! 2011 Teen Choice Awards Choice TV: Animated Show American Dad! 2012 Primetime Emmy Awards Outstanding Animated Program American Dad! for episode "Hot Water" (7.1) 2012 POPrepublic.tv IT LIST AWARDSM Favourite International TV Show American Dad! 2013 American Society of Composers, Authors and Publishers Top Television Series American Dad!
DVD reliz