Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur.
Rollarda Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo)
Filmfare Nominasiyaları Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Kritik Resepsiyon Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
İstinadlar
Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Hindistanın remeyk filmləri