Elis Enn Manro (eləcə də Munro, ; ) — Kanada yazıçısı, Ədəbiyyat üzrə "Nobel" mükafatı (2013) və Buker mükafatı (2009) laureatı.
Həyatı thumb|Viktoriyada "Munro's Books" kitab mağazasının giriş qapısı Elis Manro 1931-ci ildə fermer Erik Leydlou və məktəb müəlliməsi Enn Klark Leydlounun ailəsində anadan olub. O yeniyetmə yaşlarında yazıçılığa başlamış və özünün ilk hekayəsi olan "Kölgənin ölçüləri"ni 1950-ci ildə Qərbi Ontario universitetində ingilis dili və jurnalistika oxuyarkən nəşr etdirmişdir. Həmin dövrdə Elis ofisiant, tütünyığan və kitabxanaçı işləyirdi. 1951-ci ildə o, universitetdən ayrıldı və Ceyms Manro ilə evlənərək Vankuverə köçdü. Bu evlilikdən onun 3 qızı — Şeyla, Cenni və Andrea dünyaya gəlmişdir (1953, 1957, 1966). 1963-cü ildə cütlük Viktoriya şəhərinə köçdü və burada indiyədək fəaliyyət göstərən "Munro's Books" kitab mağazasını açdı. 1972-ci ildə Elis və Ceyms boşandılar. Elis Qərbi Ontario universitetində yazıçılıq fəaliyyəti ilə məşğul olmaq üçün Ontarioya qayıtdı. 1976-cı ildə o coğrafiyaşünas Cerald Fremlinlə ailə qurdu.
Əsərləri Elis Manronu "Kanadanın Çexovu" adlandırırlar. O, 13 hekayə kitabından əlavə, bir roman müəllifidir. Hekayələrində Kanadanın kiçik qəsəbələrində yaşayan insanların həyatlarından bəhs edən Manro sevgi və ölüm kimi mövzuları ön plana çıxarıb. Hekayələrin mərkəzində qadınlar dayanır. Ana-qız, qız-ana-nəvə, ata-qız münasibətləri Manro yaradıcılığının əsasını təşkil edir. Manronun qadın obrazları mədənidir, kitab oxuyandır, Virciniya Vulf, Ceyms Coysu oxuyub müzakirə edirlər. Məsələn, "Kortes Adası" hekayəsindəki kiçik gəlin obrazı yazıçı olmağa çalışır. "Bəzi qadınlar" kitabındakı "Hekayə" adlı yazısında da yazıçı olan Kristinadan danışılır.
Yazıçının Türkiyədə "The children stay" ("Çocuklar kalıyor"), "Too Much Happiness" ("Bazı kadınlar"), "Runaway" ("Kaçak") kitabları, rus dilində "Wood" ("Лес"), "Настоящая жизнь", "Жребий" və "Лицо" hekayələri çap olunub.
Mükafatları 2009-cu ildə Elis Manro "Buker mükafatı"na layiq görülüb.
2013-cü ildə Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Manronu Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan etdi.
Qısa hekayə kitabları Orijinal adıAzərbaycanca adıYayımlandığı ilAldığı mükafat Şən kölgələrin rəqsi 1968 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi Qızların və qadınların həyatı 1971 Sizə demək istədiyim bir şey vardı 1974 () Sən özünü nə hesab edirsən? (Kasıb xadimə) 1978 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi Yupiterin peykləri 1982 Sevginin irəliləyişi 1986 General-qubernatorun bədii ədəbiyyat üzrə mükafatının qalibi Gənclik dostum 1990 Trillium kitab mükafatının qalibi Aşkar sirlər 1994 Yaxşı qadının sevgisi 1998 Giller mükafatının qalibi () Nifrət, dostluq, nəvaziş, bağlılıq, evlilik (Ondan uzaqda) 2001 Qaçaq 2004 Giller mükafatının qalibi Kastl-Rokdan baxış 2006 Həddən artıq sevinc 2009 Əziz həyat 2012
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Kanada yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Ədəbiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kanadalı Nobel mükafatı laureatları Kateqoriya:Qərbi Ontario Universitetinin məzunları Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Nobel mükafatlı qadınlar