Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır.

Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür.

Ov obyekti — qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir.

Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır:

· Dağıstan turu

· Çöl donuzu

· Dovşan

· Bataqlıq qunduzu (nutriya) — Nutriya təsərrüfatları olan təşkilatlar

· Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla)

· Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)

· Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla)

· Qaşqaldaq

· Alabaxta

· Bildirçin

Ovlanma vaxtı Dağıstan turuiyun ayının əvvəlindən – oktyabr ayının birinci ongünlüyünədəkÇöl donuzusentyabr ayının ortalarından – dekabr ayının ikinci ongünlüyünədəkDovşannoyabr ayının ortalarından – yanvar ayının birinci ongünlüyünədəkBataqlıq qunduzu (nutriya)oktyabr ayının əvvəlindən – fevral ayının ortalarınadəkCüllütsentyabr ayının ortalarından – noyabr ayının ikinci ongünlüyünədəksu-bataqlıq quşları (qaz, ördək və qaşqaldaq)oktyabr ayının birinci ongünlüyündən – mart ayının əvvəllərinədəkAlabaxta və bildirçinavqust ayının ikinci ongünlüyündən – noyabr ayının ortalarınadək

Ovçuluq təsərrüfatları Sıra №-siAdıYerləşdiyi inzibati əraziSahəsi

(ha ilə)Məqsədi1.UludüzŞamaxı rayonu5500Vəhşi heyvanların artırılması və bərpası2.ŞəkiŞəki və Oğuz rayonları60000Dağıstan turu və çöl donuzunun ovlanması3.SamuxSamux rayonu40424Çöl donuzu və su-bataqlıq quşlarının (qaz ördək və qaşqaldaq) ovlanması4.YaşmaXızı rayonu4000Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması5.GiləziXızı rayonu25Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması6.BabadağQuba və İsmayıllı rayonları61000Dağıstan turu və çöl donuzunun ovlanması7.Sarısuİmişli və Sabirabad rayonları45000Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması8.VarvaraYevlax rayonu7762Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması9.Şərbət-Qobuİmişli rayonu10924Balıqların və su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması10.MahmudçalaBiləsuvar rayonu7136Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması11.ZəvvarCəlilabad20000Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq, cüllüt) ovlanması12.QırmızıkəndMasallı və Neftçala rayonları10000Su bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması13.AğzıbirŞabran rayonu21000Su-bataqlıq quşlarının (qaz, ördək, qaşqaldaq) ovlanması

Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır. Kateqoriya:Ovçuluq Kateqoriya:Azərbaycanda turizm Kateqoriya:Azərbaycanda ovçuluq