Têtu () — fransız aylıq, homoseksual auditoriyaya nəzərdə tutulmuş brend jurnal. Fransada buraxılan jurnallar içərisində ən oxunulan və ən populyarlardan biridir.

Aylıq tiraj 2009-cu ildə 40 000 nüsxə oldu. Jurnal, 1995-ci ildə, iyul ayında Paskal Lube və Didye Leystreyd tərəfindən təsis edilmişdi. 2009-cu ildə jurnalın rəsmi 2 veb saytı açılmışdı: tetu.com homoseksuallar üçün və tetue.com lesbiyanlar üçün.

2013-cü ilin yanvar ayında, Têtu jurnalını Prezident Fransua Ollandın yaxın dostu Jan-Jak Ojye adlı biznesmen 1 avroya almışdı. «Haffinqton Post»un məlumatına əsasən jurnal 2013-cü ilə əsasən ildə yarım milyon avro itki gətirir.

İstinadlar

Xarici keçidlər Jurnalın rəsmi saytı

Kateqoriya:Kişi jurnalları Kateqoriya:LGBT-KİV Kateqoriya:Fransa jurnalları Kateqoriya:Fransız dilində jurnallar Kateqoriya:1995-ci ildə yarananlar Kateqoriya:Mədəniyyət haqqında jurnallar