Botanicula — Yaromir Plaxi (Jára Plachý) və Amanita Design studiyası tərəfindən tərtib olunan, point-and-click adventure game janrında olan multiplatformalı videooyun.

Süjet Oyun ağacda yaşayan 5 canlı haqda söyləyir. Onlar sonuncu toxumu hörümçəkkimi qara rəngdə olan parazitlərdən xilas edirlər. Bir neçə sonluqlu variantlar mövcuddur. Botaniculanın əsas xüsusiyyəti - qəhrəmanlarının unikal qabiliyyətləridir. Arı pətəyinə düşmüş açarı yalnız Pan Cubuqcuq çıxara bilər. Tabeolmayan cücülərdən lazımi əşyaları isə güclə Pan Laləgülü çıxara bilər. Lakin oyunun özündə bulmacalar və digər hadisələr bundan qat-qat daha maraqlıdı və ağlasığmazdır.

Gameplay Amanita Design'ın əvvəlki oyunları kimi, Botanicula təxminən eyni modeli izləyir, fərq yalnız oyunda beş qəhrəmanın olmasındadır. Machinarium oyunundaki kimi, Botanicula da nə şifahi, nə də yazılı dialoq formaları yoxdur.

Personajlar Pan Lucerna (fənər) - Botanicula oyununun Protaqonisti. O, kiçik narıncı məxluqdur. O, bədənində toxum udmağı bacarır. Bu ona parıltı və güc verir. Paní Houba (göbələk) - İkinci oyun personajı. O, qrupun yeganə qadın üzvüdür. O, özünün identik surətlərini yarada bilir. Digər bacarığı isə ölçülərinin balacalanması imkanıdır. Pan Makovice (laləgülü) - Qrupun ən etibarlı üzvü və 3-cü oyun personajıdır. Pan Větvička (çubuq) - Digər oyun personajı. O çubuğa bənzəyir. Onun çoxlu əli var və onlar uzana və genişlənə bilirlər. O həmçinin gülləri şırnaq eləyə bilir. Pan Peříčko (lələk) - Sonuncu əsas oyun personajı. O çox balacadır, ancaq uçma qabiliyyətinə malikdir. Hörümçək - Oyunun Antaqonist personajı. O baş qəhrəmanların yaşadıqları ağaclara hücum edir.

İnkişaf Oyun 2 yarım il ərzində Yaromir Plaxi və Amanita Design studiyası tərəfindən hazırlanıb inkişaf edilirdi.

Soundtrek Botanicula oyununun səsləndirilməsini və musiqisini DVA adlı çex qrupu yazmışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt Amanita Design website Botanicula na České databázi her Botanicula Wiki

Həmçinin bax

Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:İndi videooyunlar Kateqoriya:İOS videooyunları Kateqoriya:Linux videooyunları Kateqoriya:Macəra videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar