Xəlil Vüsuqi və ya səhnə adı ilə Bəhruz Vüsuqi (; ) — İran aktyoru, İran azərbaycanlısı.
Həyatı Bəhruz Vüsuqi 1938-ci ildə İranın Xoy (Khoy) şəhərində anadan olub. O, İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri hesab edilirdi. İnqilabdan təxminən iki il sonra Amerikaya köçərək burada məskunlaşan aktyor, bir daha İrana qayıtmamışdır. Hal-hazırda Amerikada yaşayan Bəhruz Vüsuqi kinematoqrafiya sahəsindən uzaqlaşmışdır. 1975-ci ildə tanınmış müğənni və aktrisa Ququşla ailə həyatı qursa da bu evlilik çox çəkməmiş, cütlük 1976-cı ildə evliliklərini sonlandırmışdılar. Amerikaya köçdükdən sonra burada ikinci dəfə ailə həyatı quran Bəhruz Vüsuqinin bu evlilikdən 2 övladı var.
Karyerası Karyerasına Samuel Xaçikyanın "Toofan dar Shahre Ma" () filmi ilə başlayan aktyor daha sonra 1962-ci ildə rejissor Abbas Şabavizin "Gole gomshodeh" () filmində oynayır. 1969-cu ildə çəkilən Məsud Kimyainin "Qeysar" () filmindəki rolu ilə İranın ən məşhur aktyorlarından birinə çevrilir. Bu filmdən başqa Məsud Kimyainin 5 filmində də oynayır. Vüsuqinin ona ən çox şöhrət gətirən performansı isə Əmir Nadirin "Tangsir" (1975) () filmindəki ədaləti axtaran kəndçi Zar Məhəmməd obrazı olur. Eyni il "The Beehive" () filmində Əbi obrazını canlandırır. O Əli Hətəmi ilə başqa bir filmdə — "Sooteh Delan" () filmində də əməkdaşlıq edir. O Avropa və Amerika istehsalı filmlərdə oynayan ilk İranlı aktyorlardan biridir (Caravans ) (1978). Bundan başqa 1970-ci ildə çəkilən The İnvincible Six () filmində Curd Jürgenslə, 1981-ci ildə Sphinx () filmində isə Frank Lanqella və Lesli Enn Daunla birgə oynamışdır. 2000-ci ildə San Fransisko film Festivalında İran kinemotoqrafiyasına verdiyi töhfələrə görə "Akira Kurosawa" mükafatına layiq görülür. Aktyor karyerasından başqa 2012-ci ildə İran Noor Film Festivalında rəsmi film münsifi kimi iştirak edir. Hal hazırda Fars Qabiliyyət şousunun münsiflərindən biridir.Bəhruz Vüsuqinin rəsmi internet saytı
Filmoqrafiya Şəhərimizdəki Fırtına () (1958) İtkin Çiçək () (1962) 100 kiloluq bəy () (1962) Evimdəki mələk () (1963) Gamine (1964) Günahın zövqləri () (1964) Dənizin gəlini () (1965) Dozde Bank (1965) Həşim Xan () (1966) Bu gün və sabah () (1966) 20 illik gözləmə () (1966) Xüdahafiz Tehran ! () (1966) Dalahoo (1967) Şərab adlanan qadın () (1967) Şeytanın vəsvəsəsi () (1967) Come Stranger (1968) Əjdaha boğazı () (1968) Qırmızı Təyyarələr () (1968) Günah girdabı () (1968) Mən də ağladım () (1968) Həngamə () (1968) Dozd e Siahpoosh (1969) Mavi dünya () (1969) Sezar () (1969) Pəncərə () (1970) Boş ciblərlə dünyanın ətrafında () (1970) Yenilməz altı () (1970) Rıza Motori () (1970) Taxta göyərçin () (1970) Leyli və Məcnun () (1971) Daş Akol () (1971) Rəşid () (1971) Tələdən uçuş () (1971) 1 adam, 1 şəhər () (1971) Baluch (1972) Xəncər () (1972) Qərib () (1972) Torpaq () (1973) Gorg-e bizar (1973) Möhkəm nöqtə () (1973) Kompromis () (1974) Maral () (1974) Mamal Amricayi (1975) Zabih (1975) Arı şanı () (1975) Yol yoldaşı () (1975) Qayıq () (1976) Botshekan (1976) İlahi biri () (1976) Bal ayı () (1976) Arzu () (1976) Qəfəsdəki pişik () (1978) Karvanlar () (1978) Nafas-borideh (1980) Sfinks () (1981) Zaman yolçusu () (1982) Gözlər () (1987) Beverli Xilsdə terror () (1989) Örtülü təhlükə () (1990) Keçit () (1999) Dağıdılmış körpülər (2004) Zarin (2005) Sepas (2011) Uçuşu yadda saxla () (2012) Gərgədan mövsümü () (2012)
Mükafatları Ən yaxşı aktyor mükafatı, Sepas heykəli Film Festivalı — 1969 Ən yaxşı aktyor mükafatı, Sepas heykəli Film Festivalı — 1970 Ən yaxşı aktyor mükafatı namizədi, Sepas heykəli Film Festivalı- 1971 Ən yaxşı aktyor fəxri diplomu, Daşkənd Beynəlxalq kinoforum — 1972 Ən yaxşı aktyor mükafatı, Hindistanın Beynəlxalq Film Festivalı — 1974 Ən yaxşı aktyor Vinqed Got mükafatıTehran Beynəlxalq Film Festivalı — 1974 Ən yaxşı aktyor Vinqed Got mükafatı namizədi, Tehran Beynəlxalq Film Festivalı — 1975 Ən yaxşı aktyor Vinqed Got mükafatı namizədi, Tehran Beynəlxalq Film Festivalı — 1977 Akira Kurosawa mükafatı, San Fransisko Beynəlxalq Film Festivalı — 2000 Həyat Boyu Nailiyyət Mükafatı, San Fransisko Beynəlxalq Film Festivalı — 2006 Həyat Boyu Nailiyyət Mükafatı, Saloniki Beynəlxalq Film Festivalı — 2012 Xüsusi Nailiyyət Mükafatı, Tokio Filmex-2012
İstinadlar
Kateqoriya:İran aktyorları Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İran şəxsləri Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər