Min nəfərin ekspedisiyası () — inqilabi general Cüzeppe Qaribaldinin 1860–1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, "Hər iki Siciliya krallığını" məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur.
Ekspedisiya, "Sardiniya krallığının" baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə "Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini" birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi.
Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi.
Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı. Lakin ekspedisiyanın reallığa keçməsi üçün əsas dəstək Françesko Krispinin cəhdləri ilə oldu. O, bölgədəki nüfuzundan istifadə edib İtaliyanın birləşdirilməsi layihəsini dəstəklədi.
Ekspedisiyada iştirak edən fərqli qrupların fərqli istəkləri var idi. Haribaldi İtaliyanı birləşdirmək, burjuaziya Siciliyanı dahan güclü kapitalizmə sahib olan İtaliyanın bir hissəsi görmək, sadə əhali isə torpaqların yenidən bölüşdürülməsi üçün bu ekspedisiyaya qatılmış və ya onu dəstəkləmişdi.
Ekspedisiya və bütün təşəbbüs britaniyalılar tərəfindən güclü bir şəkildə dəstəklənmişdi, çünki onlar Cənubi İtaliyada özlərinə dost bir hökumət görmək istəyirdilər. Həmçinin Süveyş kanalının açılışına az qalmış bir ərəfədə müasir İtaliyanın cənubunun strateji əhəmiyyəti də artmışdı. Belə bir şəraitdə İki Siciliya krallığını idarə edən Burbonlar sülaləsi getdikcə Rusiya ilə daha çox yaxınlaşdığı üçün etibarlı tərəfdaş hesab edilmirdilər. Ekspedisiya zamanı Britaniya dəniz donanması ekspedisiya gəmilərinin təhlükəsiz bir şəkildə quruya çıxmalarını təmin etmiş, onların hərbi əməliyyatlarının uğurlu keçə bilməsi üçün vəsait ayıraraq Burbon hərbçilərinə rüşvət verib onları satın almışdır.
Zəmin Ekspedisiya İtaliyanın birləşdirilməsinin final mərhələsini təşkil etmişdir. Bu proses əsasən Sardiniya-Piedmont krallığının baş naziri Kamillo Kavur tərəfindən bütün həyatı boyu pillə-pillə həyata keçirilmişdir. Toskana hersoqluğunun, Modena və Parma qraflıqlarının, Romagnanın 1860-cı ildə Piedmonta birləşdirilməsindən sonra italyan millətçilərinin qarşısında hədəf kimi İki Siciliya krallığı qalmışdı. Bu krallıq müasir İtaliyanın cənubunun və Siciliyanın əsas hissəsini təşkil etməkdə idi. Bu torpaqların birləşdirilməsi bütün italyan torpaqlarının birləşdirilməsi arzusuna doğru atılacaq növbəti addım kimi dəyərləndirilirdi.
1860-cı ildə Haribaldi artıq İtaliyada ən məşhur inqilabçı lider kimi tanınmışdı və Genuyadan Siciliyaya, Neapola ekspedisiya təşkil etmək barədə düşünürdü. Bu ekspedisiyada Birləşmiş Krallığın ona gizli şəkildə dəstəyi var idi. Lorenzo del Boka iddia edir ki, Britaniya dəstəyinin əsasında özünün hərbi maraqları durmaqda idi. Çünki onlara Siciliya kükürdünü daha ucuz qiymətə əldə etmək lazım idi. Bu kükürddən silah-sursat hazırlanmaqsında geniş şəkildə istifadə edilirdi.
Casus belli axtarışı Sardiniya-Piedmont krallığının İki Siciliya krallığına ekspedisiya təşkil edə bilmək üçün əsas casus belliyə ehtiyacıvar idi. Bu Savoyya sülaləsinə lazım idi, çünki Kavur Burbon sülaləsinə müharibə elan etmək istəmirdi və elə qarşısına qoyulmuş şərtə görə də bunu edə bilməzdi. Şərtlər belə olduğu üçün yeganə çıxış yolu daxildən yarana biləcək üsyan ola bilərdi. Belə olacağı halda Neopol və ətrafında yaşayan əhali hakim sülalədən uzaqlaşar və kral II Fransisk üçün hadisələrin öhdəsindən gəlmək çətinləşərdi. Gənc kralın imzaladığı kütləvi amnistiyadan sonra xeyli sayda aktivist oraya geri dönmüşdü və son on illiklərin də göstərdiyi kimi bölgə siyasi hərəkətlənmələr üçün münbit ərazi idi.
Ekspedisiya thumb|Lombardiyanən Breşia bölgəsindən olan qırmızı köynəklilər. thumb|Könüllüləri Siciliyaya aparan iki gəmi.
Qırmızı köynəklilər 1860-cı ilin martında sürgündə olan Rosolino Pilo Cüzeppe Haribaldini İtaliyanın cənubunu Burbonların hökmranlığından azad etmək üçün ekspedisiyaya rəhbərlik etməyi tövsiyə etdi. Haribaldi əvvəlcə buna qarşı idi, lakin sonunda razılaşdı. 1860-cı ilin may ayına qədər Haribaldi Siciliyaya ekspedisiyası üçün 1089 könüllü topladı.
Könüllülərdən 336-ı müasir İtaliya bölgələrindən gəlmişdi: 156 könüllü Genuyadan,The Conradian. United Kingdom: Joseph Conrad Society 78 Toskanadan, 45 Siciliyadan, 46 Neapoldan, 11 nəfər isə Roma və ya Papa dövlətindən. Könüllülərin ən çxo olduğu bölgə isə Avstriya Lombardiyası idi. Beləki 434 könüllü Lombardiyadan və 194 könüllü də Venesiyadan gəlmişdi. Bundan əlavə olaraq, 33 könüllü də xarici ölkələrdən gəlmişdi. Bu xaricilərdən 14-ü etnik italyan olsa da, Avstriyanın Trentino bölgəsindən ekspedisiyaya qatılmışdılar. Ekspedisiyaya qatılan 4 nəfər macar var idi və onlardan biri dövrünün məşhur hərbçi, memar və sonradan sülh aktivisti olan István Türr idi. Könüllülərin əksəriyyəti orta sinfə mənsub idilər və peşə fəaliyyəti olaraq da əsasən tələbə və ya peşəkar sənətkarlar idilər.
1089 könüllü silahlanma baxımından əlverişsiz muşketlərlə silahlanmışdılar və forma kimi boz şalvarla qırmızı köynək geyinmişdilər.
5 may gecəsi boyunca Nino Biksionun rəhbərlik etdiyi kiçik qrup Genuyada yerləşən Rubattino gəmiçilik şirkətindən iki gəmi "ələ keçirdi". Əslində isə gəmilər Rubattino tərəfindən könüllü şəkildə verilmişdi. "Ələ keçirilən" gəmilərə l Piemonte və Il Lombardo adları verildi. Quarto dei Mille yaxınlığında içlərində Francesko Krispinin arvadı Rosalia Montmassonun da olduğu könüllülər gəmilərə mindilər.
Schneidə görə, "gəmilərə minməmişdən əvvəl Haribaldi yenidən İtaliya kralı II Viktor Emanuelə olan sədaqətini təzələmiş və Siciliyanı kral üçün fəth etməyə yollandığını bildirmişdir. Həmçinin Haribaldi ilə Viktor Emanueldən çox, Haribaldi ilə Kavur arasında daha çox sövdələşmənin olmasına dair hər bir əlamət var. Haribaldi Siciliya adasında quruya çıxdıqdan sonra Admiral Persanoya ekspedisiyanı dəstəkləmək əmr edildi."
Siciliyaya çıxmaq thumb|upright|Françesko Krispi.
Könüllülərin Siciliyaya yollandıqları gəmilər Britaniya Krallıq Donanması tərəfindən qorunurdu. Mühafizə işlərini görən donanmaya HMS Hannibal, Argus, İntrepid gəmiləri daxil idi və onlara Admiral Rodney Mundy rəhbərlik edirdi. Siciliyanın qərbində yerləşən Marsalaya 11 may tarixində yan alan könüllülər quruya çıxdılar. Bu zaman Britaniya gəmiləri limanda idilər və bu Burbon gəmilərini könüllü gəmilərinə müdaxilə etməkdən çəkindirdi. Quruya çıxma prosesi Francesko Krispinin və digərlərinin gəlişi ilə davam etdi. Krispiyə həvalə edilən tapşırıq yerli insanların dəstəyini qazanmaq idi.
Kalatafimi and Palermo Könüllülər ilk qələbələrini Kalatafimi döyüşündə 2 min nəfərlik rəqib ordusu üzərində qazandılar. Bu zaman 15 may idi.
Kalatafimi döyüşü Könüllülər döyüşdən cəmi 4 gün əvvəl bölgəyə gəlmiş, Marsalada quruya çıxmışdılar. Onları gətirən Il Piemonte and Il Lombardo gəmilərini qarşılayan yerli əhali arasında Françesko Krispi də var idi.
Quruya çıxdıqdan sonra Haribaldi Salemidən keçməklə birbaşa Palermoya doğru irəliləməyə başladı. Palermodakı rəqib ordusuna komandanlıq edən Paolo Ruffo di Kastelkikala Françesko Landini qərbə, Meçeli cənuba göndərdi və Haribaldini önləmək istədi. Landinin komandanlığı altındakı bölməyə 2700 döyüşçü daxil idi. Bu 3 taborluq orduya yüngül silahlı süvarilər və 4 top da daxil idi. Haribaldinin rəhbərliyi altında isə 2 min nəfərlik ordu var idi. Buraya Cüzeppe La Mesa və Rosalino Pilo tərəfindən toplanmış tabor da daxil idi. Haribaldi düşməninin cəmləşdiyi təpəyə hücum etməyi planlayırdı.
Döyüş 13:30-da başladı və 3 saat sonra Landinin döyüşçülərinin geri çəkilməsi ilə sonlandı. Döyüş nəticəsində heç bir tərəf qəti qələbə qazanmasa da, könüllülərin həvəslənməsinə səbəb olduğu halda, neopolitanlıların ruhdan düşməsinə yol açdı. Bunun səbəblərindən biri də əksərən korrupsiyaya batmış zabitlər tərəfindən pis şəkildə idarə edilən neopolitanlıların özlərini tərk edilmiş hiss etmələri idi. Döyüş zamanı Haribaldi özünün məşhur ifadəsini səsləndirmişdir. Bu ifadə italyanca "Qui si fa l'Italia o si muore" olaraq səslənir və tərcüməsi "biz burada İtaliyanı düzəldirik ya da ölürük" kimi edilir. Döyüşdə ekspedisiya ordusundan 32 nəfər ölərkən 160–182 nəfər yaralandı. Neapol ordusunda isə 36 nəfər ölərkən, 148 nəfər yaralandı. Haribaldi ordusu rəqibin bir topunu da ələ keçirməyi bacarmışdı. thumb|upright|Haribaldi Palermoda (solda)
17 mayda bu döyüşdəki uğurdan sonra öz yürüşünü davam etdirən Haribaldi Palermoya doğru irəlilədi. Xalq üsyanının da yardımı ilə 27 may tarixində Haribaldi Palermonu mühasirəyə aldı. Bu şəhər adanın paytaxtı hesab edilirdi.
Palermonun mühasirəsi Bu döyüşdə cəmi 750 qırmızı köynəkli iştirak etsə də, Haribaldiyə 3 min nəfərdən ibarət siciliyalı könüllü gerillalar da yardım edirdi. Onlar picciotti deyə adlandırılırlar. Palermonun müdafiəsi ilə 18–22 min nəfərlik Burbon ordusu məşğul olurdu, lakin onların komandanı olan general Ferdinando Lanza çox yaşlı idi və şəhərin daxilində vəziyyət ürəkaçan səviyyədə deyildi. Şəhərdə yaşayan təxminən 180 min nəfərlik insandan xeylisi toplanmış və Haribaldini dəstəkləmişdi. Döyüşlərin ilk günündə Burnon ordusunun bölmələri bir neçə mühüm mövqedən geri çəkildilər. Bundan sonra Lanza şəhərin Haribaldi tərəfindən ələ keçirilmiş hissəsinin bombardman edilməsi üçün əmr verdi. Bombardman zamanı 600 nəfər mülki insan həyatını itirdi.
Artıq 28 may tarixində Haribaldi Palermonun böyük bir hissəsini ələ keçirməyi bacarmışdı. O, növbəti gün burbonların əks-hücumunu dəf etməyi bacardı. Lakin bir müddət sonra yaxşı təlim görmüş iki taborluq muzdlu bavariyalı döyüşçünün Burbonlar tərəfindən döyüşə salınması vəziyyəti dəyişdi. Bu zaman könüllülərin demək olar ki, silah-sursatı bitmək üzrə idi. Lakin buna baxmayaraq, Lanza 30 may tarixində şəhəri təslim etdi. Haribaldi oğlu Menottini Burbon qarnizonunu təslim almağa göndərdi və tərəflər arasında atəşkəs razılaşması britaniyalı admiral Rodney Mundynin vasitəçiliyi ilə imzalandı. Nəhayət 6 iyun tarixində əldə edilmiş razılığa görə 22 minlik Burbon ordusu 19 iyun tarixindən etibarən dənizə doğru geri çəkilməli idi.
7 iyul tarixində Haribaldi özünü II Viktor Emanuelin lehinə Siciliyanın diktatoru elan etdi. O, özü ilə birlikdə gəlmiş ekspedisiya üzvlərini Cənubi İtaliya ordusuna birləşdirdi. Bundan bir qədər sonra Giakomo Mediçinin yardım ordusu, silah-sursat ilə birlikdə onun yanına gəldi. Bundan sonra Haribaldi Mediçiyə Messinaya doğru hücum etməyi əmr etdi, eyni zamanda Kosenzə də Kataniyaya irəliləmək tapşırıldı. Eyni zamanda da Siciliyadan daha çox qeyri-nizami dəstələr toplandı. Cavab tədbiri olaraq II Fransisk Messina və Sirakuzdakı qarnizonlarını gücləndirdi.
Neopolitanların geri çəkilməsi və Milazzo döyüşü Burbon ordusuna şərqə doğru geri çəkilmək və adanı boşaltmaq əmr edildi. Bu zaman 31 may tarixində Kataniyada üsyan başladı. Nikola Fabrizi tərəfindən rəhbərlik edilən üsyan ordu tərəfindən yatırıldı, lakin orduya Messinaya doğru geri çəkilmək əmr edildiyi üçün üsyanın yatırılması heç bir taktiki uğura yol açmadı.