thumb|right|Heydərbabaya salam

Rübabə Xəlil qızı Muradova () — Azərbaycan müğənnisi (mezzo-soprano), Azərbaycan SSR xalq artisti (1971).

Həyatı Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur,.

28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" — Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova).

Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 aprel 1971Respublikanın incəsənət xadimlərindən bir qrupuna Azərbaycan SSR Fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 aprel 1971-ci il tarixli Fərmanı — anl.az saytı "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956 "Şərəf nişanı" ordeni — 9 iyun 1959

Filmoqrafiya Muğamlar (film, 1965) Ölümdən 24 saat əvvəl (veriliş, 2007) Rübabə Muradova (film, 2007) Üzeyir ömrü (film, 1981)

Mənbə

İstinadlar

Xarici keçidlər Rübabə Muradova Gecikmiş məhəbbət nağılı və ya "Qara gilə"nin bir ömürlük nisgili

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Ərdəbildə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Messo-sopranolar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Xanəndələr Kateqoriya:Soprano