Jake Toranzo Austin (d. Jake Toranzo-Szymanski, ), ABŞ-lı gənc aktyor. Veyverli Pleysli sehrbazlar adlı Disney Channel orijinal serialında Max Russo rolunu canlandıraraq şöhrət qazanmışdır. Bunun yanında Nickelodeonda yayımlanan "Go, Diego, Go!" 'da Diegonu səsləndirmişdir.
Həyatı Nyu-Yorkda Giny Rodriquez Toranzo v' Joe Szymanskinin övladı olaraq Jake Toranzo-Szymanski adıyla dünyaya gəlmişdir. Onun Ava adında kiçik bir qardaşı var. Atası mənşə olaraq Polşalı, İngilis və İrlandalıdır. Anası isə Puerto Riko və Argentina kökənlidir.Jake T. Austin'in ailəsi 'CLARKSVILLE Inn' adlı tarixi bir restorana malikdir. WEST NYACK, New Yorkda yerləşən restoran, əslində bir otel olaraq 1840-ci ildə açılıb. Ayrıca onların Bogey və Beju adında iki itləri vardır. Onun sevimli aktyorları Robert Downey Jr., Johnny Depp, Leonardo DiCaprio, Christian Bale, Sean Penn, and Clifton Collins Jr., Marlon Brando, Jim Carrey, Matt Damon və Robin Williams. Onun sevdiyi idmanlar növləri: sörf, basketbol, futbol və snowboard. Yoldaşlarıyla birlikdə qısa film çəkmək və yazmağı sevir. Gələcəkdə film rejissorluğu etmək arzusundadır. Jake T. Austin İspan və İngilis dillərini də bilir.
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar