Entoni Perkins (; ) — ABŞ aktyoru.

Həyatı Entoni Perkins 4 aprel 1932-ci ildə anadan olmuşdur. Onun atası aktyor Osqud Perkins 1930-cu illərdə Brodveyin sahibi idi. O vəfat edəndə, oğlunun 5 yaşı var idi. Özünün biseksuallığını gizlətməyən zəif, utancaq aktyor televiziya aktyoru kimi fəaliyyətə başlayır. İlk kino rolunu isə rejissor Corc Kyukorun "Aktrisa" filmində ifa etmişdi.

Perkins 1957-ci ildə ilk dəfə olaraq Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatına namizəd olmuşdur. Onun ifa etdiyi bu rol Uilyam Uaylerin "Qızıl Palma Budağı"na layiq görülmüş "Dostluq nəsihəti" filmindəki Coş Börduell idi. O, eləcə də Sofi Lorenlə bir neçə filmdə çəkilmiş, Orson Uellslə işləmiş və 1961-ci ildə "Brahmsı sevirsinizmi?" filmindəki roluna görə Ən yaxşı kişi roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.

Onun ən uğurlu ifası "Psixo" filmindəki məşhur və unudulmaz Norman Beyts rolu oldu. Maraqlıdır ki, bu filmdən sonra onun karyerası enişə doğru getdi. O, öz istedadının qurbanı oldu. Tamaşaçılar artıq onu hər hansı başqa rolda təsəvvür edə bilmirdilər. Perkins bu filmin davamı olan daha 3 filmdə də çəkildi. Bu filmlərdən birinin rejissoru o özü idi. 1988-ci ildə o, kannibalizm mövzusunda "Şanslı" filmini çəkir. Qara komediya janrında çəkilmiş bu film onun ikinci və sonuncu rejissor işi idi.

Entoni Perkins 60 yaşında QİÇS xəstəliyindən vəfat etmişdir.

Şəxsi həyatı Aktyorun həyat yoldaşı Berri Berenson olmuşdur. O, 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarında təyyarələrin birində həlak olmuşdur. Perkins və Berensonun övladları: Oz Perkins aktyor, Elvis Perkins isə musiqiçi kimi fəaliyyət göstərirlər.

Filmoqrafiya

Aktyorluq fəaliyyəti Aktrisa (1953) / The Actress Dostluq nəsihəti (1956) / Friendly Persuasion Çimərlikdə (1959) / On The Beach Yaşıl məkanlar (1959) / Green Mansions Psixo (film, 1960) / Psycho Brahmsı sevirsinizmi? (1961) / Goodbye Again Mühakimə (1962) / Le Procès Füsunkar səfeh qız (1964) / Une ravissante idiote Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il? Şirin zəhər (1968) / Pretty Poison Hiylə-22 (1970) / Catch-22 Qapı arxasında kimsə var (1971) / Quelqu’Un Derriere La Porte Həyat və hakim Roy Binin vaxtları (1972) / The Life and Times of Judge Roy Bean Şərq ekspressində qətl (1974) / Murder in the Orient express Mollini sevərkən (1974) / Lovin' Molly Qara oyuq (1979) / The Black Hole Şimal dənizində işğal (1979) / North Sea Hijack Qış qətli (1979) / Winter Kills Psixo 2 (1983) / Psycho 2 Psixo 3 (1986) / Psycho 3 Napoleon və Jozefina (1987) / Napoleon And Josephine: A Love Story Zülmət qızı (1989) / Daughter Of Darkness Psixo 4: Başlanğıc (1990) / Psycho 4: The Beginning Qalın meşədə (1992) / In the Deep Woods

Rejissorluq fəaliyyəti Psixo 3 (1986) / Psycho 3 Şanslı (1988) / Lucky Stiff

İstinadlar .

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Hollivudda vəfat edənlər Kateqoriya:QİÇS-lə bağlı xəstəliklərdən vəfat edənlər Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Epic Records artistləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları