Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir.

Tarixi Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub.

Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir.

Üzvləri

İlkin tərkibi

Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri

Sonrakı üzvləri

Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara

Fəaliyyətləri Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə. Ancaq, bu qrupun ilk addımları idi.

Sonradan Spark Sumqayıt Dövlət Musiqili Dram Teatrında bütün proqramı ilə çıxış edir. Bu çıxışdan sonra qrupun üzvləri arasında mübahisə olur. Qrupu birinci klavye ifaçısı onun ardınca isə vokalist və gitarist tərk edir, qrupun inkişafı zəifləyir və dayanır. Daha sonra qrupu tərk edənlərin yerinə onlara əvəz olaraq yeni üzvlər qoşulur. Qrup 2000-ci ildə Coldünya qrupunun dəstəyi ilə Sultan Records studiyasında «Azerirock» kolleksiyası üçün iki mahnı yazır.

Diskoqrafiya Qrup Azərbaycan rok qrupu sayılsa da ifalarının çoxusu rus dilindədir. Buna səbəb qrupun vokalistinin (Viktor Medyakov) rus olması və mahnılarının sözlərini onun yazmasıdır.

Fucking Guy (Dinlə) Голодные (Dinlə) Не Забуду (Dinlə) Azərbaycan (Dinlə) Опасный выход (Dinlə) Элегия (Dinlə) Эшелон (Dinlə) Если Живая Вода Живые Манекены Молчи Песни для тебя 1/2-7 Трамвай В космосе Взорванный Рай Я говорю За горизонтом Хлеба кусок

Konsert verdiyi məkanlar 1998 - Sumqayıt Dövlət Musiqili Dram Teatrı (SK klubu), Sumqayıt 1998 - Sumqayıt Dövlət Musiqili Dram Teatrı (SK klubu), Sumqayıt 1998 – Dənizkənarı parkda konsert, Sumqayıt 1998 – “Orbita” klubunda konsert, Sumqayıt 1999 – “Orbita” klubunda konsert, Sumqayıt 1999 - Sumqayıt Dövlət Musiqili Dram Teatrı (SK klubu), Sumqayıt 2000 – Bakport, Bakı 2000 – Şmidt Mədəniyyət Evi, Bakı 2000 – Rəşid Behbudov, Bakı 2000 – "Kimyaçı" Mədəniyyət Sarayı, Sumqayıt 2002 – Şmidt Mədəniyyət Evi, Bakı 2002 – Şəhriyar Mədəniyyət Evi, Bakı 2002 – Bakport, Bakı 2003 – Black Jack, Bakı 2003 – Black Jack, Bakı

Hazırda qrup Hazırda qrup iki nəfərdən ibarətdir; Viktor Merdyakov və Rafael Qasımov. Buna baxmayaraq qrup dağılmış hesab olunur. Qrupun dağılma səbəbi isə qrupun məşq bazasının yaşayış binasının altına köçməsi və qonşuların səs-küydən narazı olmasıdır. Bu haqda Sparkın bass-gitaristi Rafael Qasımov söyləyir: "Qrupun fəaliyyətini dayandırmasının əsas səbəbi odur ki, bizim məşq bazamız köçdü yaşayış binasının altına və biz orada məşq edə bilmədik. Getdikcə, qonşular narazı olurdular və bizim məşqlər yavaş-yavaş sönürdü."

Daha sonra isə qrupun üzvləri Dmitri Strekalov Rusiyaya, Səid Qəniyev isə Hollandiyaya köçür. 2004-cü ildə isə Oqtay Abdullayev və Eldəniz Mirzoyev Sirr qrupunda musiqi fəaliyyətlərini davam etdirməyə başlayırlar. Bununla da Spark qrupu 2003-cü ildən bəri fəaliyyətsiz olaraq qalır.

Spark üzvləri Viktor Merdyakovla Rafael Qasımovun son fəaliyyətləri 2012-ci ildə Sparkın köhnə mahnısı olan "Хлеба кусок"ın səsyazmasının edilməsidir.

Mənbə

Spark play listi

Xarici keçidlər Rafael Qasımov Soundcloud SparkRock Sparki3 MP3 Spark download Youtube "Spark SumqayıtPark" kanalı Facebookdakı Spark səhifəsi

Həmçinin bax Sirr Bəndə

Kateqoriya:Musiqi qrupları Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:Sumqayıt rok-qrupları