Abşeron mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. Azərbaycandakı yerli mayaklardan ən irisidir.
Tarixi 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilmişdir. Mayak 23 oktyabr 1860-cı ildə istifadəyə verilmişdir.
Texniki göstəriciləri
Quruluşu Mayak 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkan aparır.
İşıqlandırılması İstifadəyə verildiyi vaxtdan etibarən işığın 38 km uzaqlıqdan görünməsinə malik olmuş, gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir. 1912-ci ilə qədər mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-kürə qurğusu, 1956-cı ildən isə elektrikləşmə ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.
Poçt markası üzərində right|thumb|200px|2013-cü ildə buraxılmış poçt markası 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Abşeron mayakına həsr olunmuşdurLighthouses of Azerbaijan. azermarka.az .
Mənbə Pirallahı yarımadasındakı Abşeron mayakı.
İstinadlar
Xarici keçidlər Abşeronun 158 yaşlı mayakı (FOTO)
Kateqoriya:Azərbaycan mayakları Kateqoriya:1859-cu ildə yarananlar Kateqoriya:Xəzər dənizi mayakları