Mehdiyeva Nisbət Canməmməd qızı() — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1991), professor (1994).

Həyatı Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955—1960).

Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963—1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967—1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973—1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991—1994), professor (1994-2024) vəzifələrində çalışmışdır.

"Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921—1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafı sahəsində fəaliyyəti (1960—1980-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Bu, keçmiş SSRİ-də yaradıcılıq ittifaqlarının tarixinə həsr olunmuş ilk doktorluq dissertasiyasıdır. Dövri mətbuatda 50-yə yaxın elmi məqaləsi, o cümlədən dərs proqramı, elmi-metodik tövsiyələri dərc olunmuşdur. Ümumtəhsil məktəblərinin 9—10-cu sinif şagirdləri içün "Yeni tarix" kitabının şərikli müəllifı, "Türk xalqlarının tarixi (yeni dövr)" dərsliyinin müəllifidir.

9 sentyabr 2024-cü ildə vəfat etmişdir.

Əsərləri Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960—1980-ci illər) (dərs vəsaiti). Bakı: BDU nəşriyyatı, 1990, 163 səh. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəniyyətin inkişafında rolu (ixtisas kursu proqramı). Bakı: BDU nəşriyyatı, 1990, 13 səh. Azərbaycan yaradıcılıq ittifaqlarının mədəni əlaqələri. Bakı: Azərnəşr, 1991, 200 səh. Rusiya imperiyası tərkibində türk xalqlarının tarixi (1800—1917-ci illər) (proqram). Bakı: BDU nəşriyyatı, 1993, 14 səh. Türk xalqlarının tarixinə dair. Bakı: BDU nəşriyyatı, 1994, 75 səh. Türk xalqlarının tarixi: yeni dövr: XIX-XX əsrin əvvəlləri. Bakı, 2010, 352 s.Türk xalqlarının tarixi: yeni dövr: XIX-XX əsrin əvvəlləri. Azərbaycan-Qazaxıstan mədəni əlaqələri (XX əsrin 60-80-ci illəri). Tarix və onun problemləri, №2, 2013, s.212-218.

İstinadlar Kateqoriya:Azərbaycanın qadın tarixçiləri Kateqoriya:Şamaxıda doğulanlar

Xarici keçidlər Nisbət Mehdiyeva BDU-nun professoru Nisbət Mehdiyeva “Mərkəzi Asiya və Qazaxıstan köçəriləri” mövzusunda məruzə edib Kateqoriya:Bakı Dövlət Universitetinin professorları Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunları