Vəqram – XIV əsrin sonu – XV əsrin əvvəllərində Yuxarı Xaçın hakimi. Atası III Həsən və qardaşlarının Əmir Teymura qarşı döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdi.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 121 Vəqram haqqında 1411-ci ilə aid əlyazmada məlumat saxlanmışdır.Малые хроники, XV век, т. 1, стр. 122 Vəqramla birgə böyük qardaşı Qriqor, qardaşının oğlanları Seyti (qardaşı Şanşahın oğlu) və Dursun (qardaşı Ağbuğanın oğlu) da ölkənin idarə olunmasında iştirak etmişdir. Lakin əsas idarəedici fiqurun Vəqram olduğu düşünülür.

İstinadlar

Həmçinin bax

Dop sülaləsi Xaçın knyazlığı Qarabağ

Kateqoriya:Xaçın knyazlığı