Anatoli Solomonoviç Falkoviç () — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972).

Həyatı Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib .

Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır.

Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.

Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 7 fevral 1972 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 may 1960 Azərbaycan SSR Dövlət mükafatı — 27 aprel 1972Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı — anl.az saytı "Xalqlar Dostluğu" ordeni — 7 avqust 1981 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Qafqazın müdafiəsinə görə" medalı — 23 fevral 1945 "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1946

Filmoqrafiya Bakıda küləklər əsir (film, 1974) Dənizə çıxmaq qorxuludur (film, 1973) — ingilis zabiti Poçt romanı (film, 1969) — Feliks Dzerjınski Karl Libknext (film, 1970) — Feliks Dzerjınski Əsl dost (film, 1959) Matteo Falkone (film, 1960) Od içində (film, 1978) Qatır Məmməd (film, 1974) — Skott Səhər (film, 1960) Sehrli xalat (film, 1964) — İo-Kio Sizi dünyalar qədər sevirdim (film, 1985) Telefonçu qız (film, 1962) Ulduzlar sönmür (film, 1971) Uzaq sahillərdə (film, 1958) — patrul Yarımçıq qalmış mahnı (film, 1979) — Nikolay

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri