Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü.

Həyatı Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub.

1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin,  Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.). iştirak edib. 1993-ci ildən 2001-ci ilə qədər kinematoqrafiya sahəsini idarə edən “Azərkinovideo” İB-də Baş Direktor müavini vəzifəsində çalışmışdır. Bu ərəfədə onun təşəbbüsü ilə kinomuz üçün vacib olan iki qurumu: Dövlət Film Fondunu və Kinorejissorlar Gildiyasını yaradılmasını təşkil edib. 1999-cu ildən bu günə kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədridir. “Beynəlxalq Audiovizual Festival” (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı (2015-2018) layihələrinin müəllifi və rəhbəri olub.

Kinofestivallarda "Dissonans" filmi Baş mükafat "Qızıl medal", "Ancaq adanı özünlə apara bilməzsən" - Baş mükafat, "Özgə vaxt" filmi "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktyor" nominasiyaların və bir çox digər mükafatlara layiq görülüblər. Azərbaycanın Əməkdar incəsənət xadimidir və Avropa Kino Akademiyasının üzvüdir.

Şair Tofiq Mahmudun qardaşıdır. Rəssam Rafiq Mehdiyevin qardaşıdır. Badminton üzrə usta Lado Mehdiyevin qardaşıdır Təsvir rejissoru Nadir Mehdiyevin atasıdır.

Filmoqrafiya 1923 — Qız qalası əfsanəsi — bərpanın layihə rəhbəri 1978 — Arvadım mənim, uşaqlarım mənim — operator 1978 — Daha bir fənd — operator 1978 — Dissonans — operator 1979 — Diplom işi — operator 1980 — Qırmızıbayraqlı Azərbaycan — operator 1980 — Təkcə adanı özünlə apara bilməzsən… — operator 1980 — Tərlan Musayeva — operator 1980 — Vah!.. — operator 1981 — Babamızın babasının babası — operator 1981 — Böyük anda sadiqik — operator 1982 — İşgüzar səfər — operator 1982 — Mirzə Fətəli Axundov — operator 1984 — Qoca palıdın nağılı — rejissor 1986 — Qəm pəncərəsi — operator 1986 — Şəhərli biçinçilər — rejissor 1987 — Süd dişinin ağrısı — rejissor 1990 — Şahid qız — rejissor, ssenari müəllifi 1991 — Brakonyer, yoxsa balıqçı? — rejissor 1991 — Diaqnoz — rejissor 1991 — Səhnədə keçən həyat — rejissor, ssenari müəllifi 1992 — Dostuma məktub — rejissor 1993 — Udi xalqı — rejissor, ssenari müəllifi 1996 — Özgə vaxt — rejissor, ssenari müəllifi 2004 — Məkanın melodiyası — rejissor, ssenari müəllifi 2007 — Süni bənövşələr — prodüser

İstinadlar

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Şəkidə doğulanlar