Sultan İsrafil oğlu Məmmədov () — Azərbaycan ictimai-siyasi xadimi, I çağırış Azərbaycan Respublikası Milli Məclisinin (1995–2000) və X, XI, XII çağırış Ali Sovetin (1981–1995) deputatı, Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini (1992–1993), Azərbaycan Kommunist Partiyasının Astara (1987–1991) və Lerik (1980–1987) rayon komitələrinin birinci katibi, Astara Rayon Soveti İcraiyyə Komitəsinin sədri (1971–1973, 1977–1980).

Həyatı Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971–73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973–77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977–1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992–1993-cü illərdə isə Azərbaycan Respublikası mənzil-komunnal təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

X, XI çağırış Azərbaycan SSR Ali Sovetinin (ilk dəfə təkrar seçkilərlə 15 noyabr 1981-ci ildə deputat seçilərək), XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı (xalq deputatı, 1991–1995), Azərbaycan Respublikası Milli Şurasının üzvü, mənzil-komunnal daimi komisiyasının sədri olmuş, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan–İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir.

Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmişdir. "Qızıl qələm" mükafatı laureatı olmuşdur.

15 sentyabr 2019-cu ildə vəfat edib.

Ailəli idi. 5 övladı, 9 nəvəsi var. Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovun qardaşıdır.

Kitabları Masonluq: Dünyanı idarə edən qüvvə. Bakı: Qanun, 2007. 390 səh. Masonluq: dünyanın hörümçək toru. Bakı: Qanun, 2010. 251 səh.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Astara Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Lerik Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:Astara Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları