Qəsəbə — 1997-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi.
Film haqqında "Qəsəbə" filmi ilə Nuri tam metrajlı film karyerasına start verdi. Məhz bu filmdən sonra ona Tarkovski davamçısı deyilməyə başlandı. Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-ci ildə Kannda baş verdi və rəğbətlə qarşılandı. Nuri bu dəfə də yaxşı mənada təəcübləndirməyi bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan bir ağ-qara film yaratmışdı. Filmdə olduqca gözəl kadrlar var ki, bundan sonralar bir çox rejissor bəhrələnib. Büdcəsi demək olar ki olmayan bu filmi böyük ustalıqla lentə alan Nuri artıq rejissorluq üçün doğulduğunu təsdiqləyirdi. Filmdə yenə rejissorun valideynləri, əmisi oğlu Mehmet Emin Toprak və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film "İstanbul film festivalı"ında, "Berlin kinofestivalı"nda və "Köln film festivalı"nda mükafatlar qazanır.
Rollarda Mehmed Əmin Toprak – Saffət Mehmed Əmin Ceylan – dədə Fatma Ceylan – nənə Cihat Bütün – Əli Həvva Sağlam – Asiyə Sərcihan Alevoğlu – baba Səma Yılmaz – ana Müzəffər Özdəmir – dəli Əhməd Lətif Altıntaş – müəllim
Xarici keçidlər Nuri Bilge Ceylan'ın resmi sitesinde Kasaba 4x10.com IMDB sayfası Sinematurk.com
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:1997-ci ilin filmləri Kateqoriya:Nuri Bilgə Ceylanın filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:1997-ci ilin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər