Məmməd bəy Lütfəli bəy Qazıyev () — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri.
Həyatı 1882–1886-cı illərdə İrəvan müəllimlər seminariyasında oxumuşdur. Uluxanlı normal məktəbinə ikinci müəllim təyin olunmuşdur. Xəstəliyinə görə 1887-ci ildə vəzifəsindən azad edilmişdir. 1888-ci ildən Baş Noraşen ikisinifli məktəbinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu məktəbdə o, Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onların birgə səyi, Baş Noraşen məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə tamaşa hazırlanıb göstərilmiş, əldə edilən 40 manat vəsait isə yoxsul şagirdlər üçün sərf edilmişdir. Bu nəcib işinə görə Qafqaz Təhsil Dairəsinin rəisi Qazıyevə yazılı təşəkkür vermişdir.
Məmməd bəy 1896-cı ildən ömrünün sonunadək Uluxanlı məktəbində nəzarətçi kimi çalışmışdır. Maarif sahəsindəki xidmətlərinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Qazıyevlər (Axund Həsən) Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Uluxanlı məktəbi Kateqoriya:İrəvan kişi gimnaziyasının məzunları