Şair Ramaldan oğlu Ramaldanov () — Birinci Qarabağ müharibəsi və Horadiz əməliyyatının iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim–tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki.
Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 7 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.
Həyatı Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub.Azəri-Press İnformasiya Agentliyi (APA): Polkovnik Şair Ramaldanov ordudan tərxis edilib–Eksklüziv---yayınlanma tarixi: 03 may 2012 Milliyətcə ləzgidir.Gündəlik İctimai-Siyasi Onlayn Qəzet—AzPolitika: Polkovnik Ramaldanovun böyük sirri – ÇəkişməCənubi Qafqazda İlk Hərbi İnformasiya Portalı—MilAz.info: Azərbaycan Ordusunda hər şey "Çapayev metodu" ilə həll olunur ---yayınlanma tarixi: 01–08-2011 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub. 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub.
1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir.
1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir.
1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.
1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır.
1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir. Milli Qəhrəman adından imtina etmişdir
1997–2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsində xidmət etmişdir.
2012-ci ildə yaş ilə əlaqədar olaraq xidmətdən ehtiyata tərxis olunmuşdur.
Hal–hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi — Normativ Hüquqi aktların vahid internet elektron bazası: Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası prezdentinin fərmanı
İstinadlar
Xarici keçidlər Sözün hər mənasında peşəkar hərbçi olan polkovnik Şair Ramaldanov… Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan polkovnikləri