İranın tarixi () — dünyanın ən qədim tarixlərindən biri. Əsrlər boyu bu ölkə şərqdə əsas rol oynamışdır .
İranın tarixi çox vaxt iki dövrə bölünür: müsəlmandan əvvəlki və müsəlman. İran cəmiyyətinin islamlaşması onun mədəni, sosial və siyasi strukturunda əsaslı dəyişikliklərə səbəb olub. Ancaq İslamın qəbulundan sonra da keçmiş mənəvi dəyərlər heç də itmədi. Üstəlik, bir sıra alimlərin İran İslamı adlandırdıqları ölkədə yaranmaqda olan yeni mədəniyyətə də onların güclü təsiri olub. Müasir İranda müsəlmanlara qədərki bir çox adət-ənənə və mərasimlər qorunub saxlanılır. İran XVI əsrdən bəri əsasən azərbaycandilli sülalələr və əsgərlər tərəfindən idarə olunur. İranda türk mənşəli sonuncu sülalə Qacarlar sülaləsi idi.Doerfer, G. "Azeri Turkish". Encyclopaedia Iranica, viii, Online Edition. : On the other hand, many Azeri words (about 1,200) entered Persian (still more in Kurdish), since Iran was governed mostly by Azeri-speaking rulers and soldiers since the 16th century (Doerfer, 1963–75); these loanwords refer mainly to administration, titles, and conduct of war. This long-lasting Iranian-Azeri symbiosis must be borne in mind if one is to understand the modern history of Iran and its language correctly.
Qədim tarixi
Midiya
E.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712–675) adı ilə bağlamışdı. Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi. İ. M. Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya yenə də Assur ilə toqquşmalı olur. Herodotun verdiyi məlumata görə Fraorta (Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi, başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi. Kaştariti döyüşdə həlak olmuşdu. Beləliklə e.ə. 625–585-ci illərdə Midiya skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III hökmdarı kimi hakimiyyətə gəlmişdir. Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarında Umakiştar adıyla xatırlanır) adı ilə bağlıdır. Kiaksar e.ə. 585-ci ildə altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür. Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585–550) gəlir. Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir. Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir. thumb|II Kirin bayrağı
Əhəmənilər E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə 553–550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə, Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Daradır. Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi. III Dara ölkənin şərqinə qaçdı. E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü. Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi.
Selevkilər
Selevki dövləti, Makedoniyalı İskəndərin imperiyasının süqutu əsnasında yaranan Selevk və onun nəslinin Yunan monarxiyasıdır. Diadokilərin razılığı nəticəsində I Selevk Babil satraplığını aldı və daha sonra bir sıra müharibələr zamanı Böyük İskəndərin Yaxın Şərq ərazilərinin bir hissəsini ona əlavə etdi. Dövlətin müasirləri onu həm imperiya, həm də krallıq adlandırırdılar. Dövlətin özəyi Orta Şərq idi; gücünün zirvəsində Kiçik Asiya, Suriya, Finikiya, Fələstin, Mesopotamiya, İran, Orta Asiyanın bəzi bölgələri və müasir Pakistanı əhatə edirdi. Eramızdan əvvəl I əsrdə Selevki dövlətinin ərazisi azaldı və müasir Suriya və Livanı işğal etdi. Selevkilər dövləti Yunanıstan və Fars mədəni ənənələri arasında əsas əlaqə olan Ellinizmin ən vacib mərkəzi idi. Selevkilər Rimlə e.ə 190-cı ildə Magneziya döyüşündə məğlub oldu. Dövlət e.ə 63-cü ildə süqut etdi.
Parfiya
(e.ə 247 — b.e 224) Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur. Mitridat (e.ə 171–138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. İlk dövrlərdə Parfiyalılar qərbdə Selevkilər şərqdə isə İskitlər ilə müharibə aparırdılar. Lakin dövlət qərb istiqamətində genişləyərək nəhayət qədim dövrün digər qüdrətli dövləti olan Roma İmperiyası ilə toqquşmalı oldu. Parfiya Roma qüvvələrini e.ə 53-cü ildə baş verən Karr döyüşündə və e.ə 40–39-cu illərdəki toqquşmalarda məğlub edərək Tir şəhəri istisna olmaqla Aralıq dənizinin şərq sahillərini ələ keçirdilər. Lakin Roma imperiyası Mark Antoni rəhbərliyində uğurlu əks hücuma keçdi, bu yürüş zamanı əsas nailliyyətlər Antoninin leytinantı Ventidi tərəfindən qazanıldı. Daxili çəkişmələr və tez-tez baş verən vətəndaş müharibələri Parfiya dövlətini zamanla zəiflətməyə başladı. Nəhayət İranda İstəxrin yerli hakimi I Ərdəşir üsyan qaldırıb son Parfiya şahı V Artabanusu b.e 224-cü ilində öldürərək Parfiya dövlətinin varlığına son qoydu və Sasanilər dövlətini yaratdı. Sasanilər İran və İraq bölgələrini müsəlmanlar tərəfindən süquta uğradıldıqları 7-ci əsrə qədər idarə etdilər. Arşakilər sülaləsi isə öz varlığını şimalda Albaniya, İberiyada və digər ölkələrdə qoruyub saxlaya bildi.
Orta Əsrlər
Sasanilər dövləti 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. thumb|190x190px|Sasani dövlətin bayrağı 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Sasani hökmdarları özlərini şahanşah (yəni şahların şahı) adlandırırdılar. 651-ci ildə şahanşah III Yezdəgirdin Ərəb xilafətinə məğlub olması nəticəsində Sasani İmperiyasına son qoyulmuşdur.
Ərəblərin İranın işğalı
Ərəblərin Sasani Farslarını zəbt etməsi 7-ci əsrin ortalarında baş verdi və 651-ci ildə Sasani dövlətinin mövcudluğuna son qoydu, həmçinin Sasanilər sülaləsi nəhayət süqut etsə də İranda Zərdüştçülük dininin tənəzzülünə səbəb oldu.651-ci ildə taxtının sonuncu varisi III Yəzdigərd (632–651) xaincəsinə öldürüldü. Bu fəth həm də zərdüştçülük dininin Böyük İran adlanan əraziyə təsirinin xeyli azalmasına və sonradan onun demək olar ki, tamamilə yox olmasına səbəb oldu.
Tahirilər 821–873-cü illərdə hökmdarlıq etmiş sülalədir. Tahirilərin babası Razik pəhlivan Rüstəmin soyundan idi. VII əsrin sonunda islamı qəbul etmiş, ərəb Xuzaa qəbiləsinə qoşulmuşdu. Razikin oğlu Musabdır, onun oğlu da Hüseyndir.(814-cü ildə ölüb). Hüseynin törəmələri Herat əyalətinin Buşəng şəhərini idarə etmişdilər.
Xəlifə Harun-ər Rəşid öldükdən sonra Xilafətdə dövləti idarə sisteminə Tahirilər nəsli daxil oldu. Tahir ibn Hüseyn adlı birisi Xorasanın varlı əyanlarından idi. O, əslən Herat əyalətindən idi. Tahir Harun ər-Rəşidin oğlu Məmunun xilafətə hakimiyyətə gəlməsinə kömək etmişdi. Ona görə də 813-cü ildə Məmun xilafətin başında olduqda Tahir yüksəldi. O, Cəzirənin canişini və oradakı qoşunların baş komandanı təyin edildi. 821-ci ildə Tahir Xorasana canişin təyin olunduqda Nişapuru özünə mərkəz seçdi. Onun əsas məqsədi canişinliyini müstəqil dövlətə çevirməkdən ibarət idi.
Lakin 822-ci ildə Tahir qəflətən öldü. Onda xilafət canişinliyə onun oğlu Əbülabbas Abdullanı təyin etdi. Lakin canişinliyi onun qardaşı Talxa idarə edirdi. Məhz Abdullanin vaxtında Xorasan canişinliyi müstəqil dövlətə çevrildi.
Səfərilər tərəfindən devrilmişlər.
Ələvilər (Təbəristan) Təbəristan Ələviləri — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın İmam Həsən ibn Əlinəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar. Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir. Paytaxtı Amul şəhəri idi
Səfərilər Səfərilərin mərkəzi bugünkü Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yəqub ibn Leys Əs-Səfər (867–879) tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsində sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Əs-Səfər ölümündən öncə Tahirilərin əlində olan Xorasanı ələ keçirərək, onlara son qoydu və Bağdad yaxınlarına qədər çatmışdır.
Səfərilər İmperatorluğunun qurucusu Yaqubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Əmr ibn Leys (879–902) 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu. Daha sonra Xorasanı vermək məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.
Samanilər Samanilər sülaləsi (875–999), Orta Asiya və indiki İranın şərqində Saman Xudat tərəfindən yaradılmış dövlət. İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir. thumb|160px|İsmail Samani türbəsi (Buxara)
Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur.
Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq — çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar. Torpaqları içindəki bir çox topluluq İslamiyyətə girməyə başladı. Tarixçilərə görə, Samanilərin cəhdləri ilə o dönəmde təxminən 200,000 Türk İslamiyyətə girdi. Türklərin İslama girişi gələcəkdə bölgəni hakimiyyəti altına alacaq olan Qəznəvilərin böyük bir sürətlə güclənməsinə ortam hazırladı. Samanilər dövlətinin varlığına 999-cu ildə Qaraxanlılar tərəfindən son qoyuldu.
Sacilər